Gürcüstanda iki azərbaycanlının koronavirusa yoluxması təsdiqləndi

“Bolnisi və Marneuli rayonlarında koronavirusa iki yeni yoluxma halı qeydə alınıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, yoluxan Bolnisi sakini - 87 yaşlı kişi koronavirusdan ölən qadının həyat yoldaşıdır.

Qubernatorun sözlərinə görə, həmin şəxsdə ürəyin işemik xəstəliyi də olub.

Ş.Rexviaşvili qeyd edib ki, Marneulidə virusa yoluxan qadın Kirəç Muğanlı kənd sakinidir və onunla yaxın təmasda olan 25 nəfər ciddi özünütəcrid rejimindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar