Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 23 nəfər koronavirusa yoluxub
Baxiş sayı:
Dərc olunub:
06/04/2020 - 19:11
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində təsdiqlənən koronavirusa yoluxma halları artıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili məlumat verib.
Onun sözlərinə görə, bu günə qədər yoluxma hallarının sayı 21 təşkil edirdisə, artıq 23-ə çatıb.
Qubernator deyib ki, Kvemo Kartlidə biri uşaq xəstəxanası olmaqla, 9 hospital var və onların hamısı pasiyentlərin qəbulu üçün tam hazır vəziyyətə gətirilib.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.