Azərbaycanda orduya çağırış başladı

Hərbi xidmətə aparılan gənclər düşdükləri hərbi hissə barədə məlumatları əldə edə bilirlər.

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başlanıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətindən oxu.az-a verilən məlumata görə, prezidentin sərəncamına əsasən, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd edək ki, hərbi xidmətə aparılan gənclər artıq dünəndən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin saytından düşdükləri qoşun növü və hərbi hissə barədə məlumatları əldə edə bilirlər.

2014-cü ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatları buradan öyrənə bilərsiz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar