"Bu münaqişələrdə Avropa sadəcə vasitəçidir" - Sandra Kalniete

"Dağlıq Qarabağ məsələsini Azərbaycan və Ermənistan həll etməlidir"

“Eunews.az”-ın suallarını Avropa Parlamentinin Latviyadan olan deputatı, Aİ-Ukrayna əməkdaşlıq komissiyasının, Avronest Parlament Assambleyasının üzvü Sandra Kalniete cavablandırır.

Moldovanın Avropa İttifaqına sürətli inteqrasiyası regionda yeni separatçı rejimin meydana çıxmasına şərait yaratmayacaqmı?

Moldovadan danışarkən, bu ölkədə vəziyyətin kəskin şəkildə dəyişəcəyini düşünmürəm. Çünki artıq illərdir ki, Moldova Dnestryanı bölgəyə aid olan dondurulmuş münaqişə şəraitində yaşayır. Təbii ki, əhalinin heç də yüz faizi Avropameyilli deyil. Qaqauzlar və başqa qruplar var ki, daha çox Şərqə tərəf baxırlar. Onları daha çox Rusiya ilə əməkdaşlıq, yaxud da Gömrük İttifaqı maraqlandırır. Vacib olanı odur ki, verilmiş qərar seçicilərin qərarı olsun. Noyabrın sonunda Moldovada seçkilər keçiriləcəkdir. Burada seçiləcək insanların, qurulacaq hökumətin hansı istiqaməti tutacağını seçicilər müəyyən edəcək. Yeni hökümətin artıq başlamış və xeyli irəliləmiş islahatlar prossesini davam etdirəcəyinə ürəkdən inanırıq. Bu islahatlar kimin üçünsə deyil, Moldovanın öz inkişafı və rifahı üçün lazımdır. İyirmi il bundan əvvəl Aİ və NATO yolunda ən sərt islahatlar keçirmiş bir ölkənin (Latviyanın – red.) nümayəndəsi kimi deyirəm ki, islahat prosesini uzatmaq olmaq. Çünki islahatlardan yorğunluq özünü göstərir və bu, ümumi proses üçün təhlükəlidir.

Ukraynadakı silahlı münaqişə də gözlənilməz oldu və Aİ bunu heç nə ilə önləyə bilmədi. Moldovada da bu cür ssenarinin olmayacağından əminsinizmi?

Rusiyanın planları və strategiyası haqda heç kim yüz faizlik proqnoz verə bilməz. Aİ-nin Rusiya əleyhinə qəbul etdiyi sanksiyalar öz bəhrəsini verməkdədir: Rusiyanın ÜDM-si, valyutası enişdədir. Fikrimcə, Moldovanın Rusiya üçün əhəmiyyəti Ukraynanın əhəmiyyətindən azdır. Ukrayna olmadan Gömrük İttifaqı öz çəkisini, geosiyasi əhəmiyyətini itirir. Odur ki, bütün həll yolları Ukraynadan keçir. Siz Aİ-nin Ukrayna münaqişəsini önləyə bilmədiyini deyirsiniz. XXI əsrdə bir ölkənin bütün beynəlxalq qaydaları pozaraq digər ölkənin ərazisini işğal edəcəyi kimi ağlına gələrdi?

Bu, axı Dağlıq Qarabağ, Abxaziya, Cənubi Ossetiya, Dnestryanı münaqişələrinin təkrarı idi?

Bu münaqişələr təbiətcə eynidirlər. Dnestryanı, Abxaziya və Ossetiya - bunlar Rusiya tərəfindən yaradılmış eyni təbiətli münaqişələrdir. Krımın anneksiyası isə fərqlidir. Bu, bütün qaydaların alt-üst olmasıdır. Dnestryanı, Abxaziya və Ossetiya dondurulmuş münaqişələrdir və bir gün həllini tapacağına ümid edə bilərik. Krım işğal olunub və Rusiyanın ərazisinə qatılıb. Fərq buradadır.

Bəs Dağlıq Qarabağ? Bu region da işğal olunub və Rusiya da olmasa, digər bir dövlət tərəfindən anneksiya olunmağa hazırlaşır. Aİ-nin bununla bağlı adekvat mövqeyi necə olmalıdır?

Bu məsələni Azərbaycan və Ermənistan dialoq vasitəsilə həll etməlidirlər. Hətta Ukrayna məsələsində belə, Aİ dialoqu asanlaşdırmaq rolunu öz üzərinə götürsə də, münaqişə yalnız Rusiya və Ukrayna arasında dialoq nəticəsində dinc yolla həll oluna bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar