ƏFV EDİLƏN MTN GENERALLARI KARANTİNƏ ALINDI - Xəstəxanaya yerləşdiriliblər

Ötən gün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla əfv edilən bir sıra şəxslər, o cümlədən MTN-in keçmiş generalları Akif Çovdarov və Sübahir Qurbanov koronavirus səbəbi ilə karantinə alınıblar.

Gununsesi.org-un əldə etyidi məlumata görə, hər iki general cəza çəkdikləri 9 saylı həbsxanadan azadlığa buraxılsalar da, paytxatdakı xəstəxanalardan birində karantinə alınıblar. Hər iki şəxsin karantin müddəti bitdikdən sonra evlərinə geri dönmələrinə icazə veriləcək.

Qeyd edək ki, keçmiş general Sübahir Qurbanov iki il öncə Bakı Hərbi Məhkəməsinin 2018-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilib.

Akif Çovdarov isə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2017-ci ildə 12 il müddətinə həbs edilmişdi.

635x100

Şərhlər

Mutellim qulyev 2020-04-08 21:40:17

Masallı

Sakir cabbarov isgəndər oxlu 2020-04-07 15:33:35

Isle mirem 20 yasinda bir oxlum var oda islemir birde yoldasim var oda islemir

Son yazılar