"Taliban" Kabildə iki terror aktı törətdi

Partlayışlar nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə bu səhər iki partlayış törədilib. Partlayışlar nəticəsində 7 nəfər ölüb, azı 15 nəfər isə yaralanıb.

Partlayıcı qurğulardan biri Müdafiə Nazirliyinin əməkdaşlarını və hərbçiləri işə aparan avtobusda partlayıb. İkinci partlayış isə Kabilin qərbində, NATO qüvvələrinin bazaları yaxınlığında baş verib.

Partlayışlara görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Terror aktları Əfqanıstanla ABŞ arasında beynəlxalq kontingentin Əfqanıstanda statusuna dair təhlükəsizlik sazişinin imazalanmasından 1 gün sonra törədilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar