DİN-dən qətliam açıqlaması

Həyat yoldaşının ailəsini öldürən Rafiq Hüseynov təslim olub

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən dəhşətli qətllə bağlı açıqlama yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb.

Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy rayon polis şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar