"Karantin rejimi uzadıla və tədbirlər sərtləşdirilə bilər" - Hökumət

"Karantin müddətinin artırılması vəziyyətin gedişatından asılıdır".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmlər artsa və qaydalara əməl edilməsə karantin müddəti uzadıla bilər:

"Hətta bugünkü şərtlər daxilində nəinki müddət uzadıla eyni zamanda tədbirlər daha da sərtləşdirilə bilər."

O bildirib ki, bəzən savadlı şəxslər də qaydaları da pozur: "Külli miqdarda saxta icazələrlə küçədə gəzənlərin sayı artır".

635x100

Şərhlər

t.ədalət 2020-04-08 18:32:43

Karantin müddətinin uzadılması anti-hakimiyyət tədbiridir.Beləji,müddətin uzadılması ölkə iqtisadiyyatını iflic edə bilər.Əgər sağalma hiss olunbmursa,vəziyyət düzəlmirsə qadağaları ciddi dezinfeksiya tədbirləri ilə əvəz etmək olar.Adamları əmək fəaliyyətindən ayırmaqla gərginlik yaşadılır.Qadağalar heç vaxt işin xeyrinə olmur.

Son yazılar