"Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər" - Ramin Bayramlı

"Ötən həftə ərzində karantin qaydalarına əməl etməməyin nəticəsi olaraq bu gün yoluxma sayı artıb".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, karantin rejimini pozan şəxslərin sayı hələ də çoxdur: "Bu da riskləri artırmış olur. Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər. Əgər qaydalara yenə də əməl edilməsə, daha ciddi tədbirlər üçün hökumətə müraciət edəcəyik".

TƏBİB sədri bildirib ki, yoluxma zənciri qırılsa, normal həyata daha tez qayıtmaq olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar