TƏBİB sədri qan donorlarına müraciət edib
Baxiş sayı:
Dərc olunub:
08/04/2020 - 18:01
"Bu gün üçün qan təlabatı çox mühümdür. Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur. Bundan da narahatıq".
“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
R.Bayramlının sözlərinə görə, qan elə vasitədir ki, ödəniş edib almaq olmur:
"Donorlara üzümü tutub deyərdim ki, bu nəcib əməlinizi yenə də davam etdirin. Onların qan alan zaman bütün təhlükəsizlikləri təmin edilir. Vətəndaşlar daha humanist olmalıdır".
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.