İspaniya La Liqası adalarda keçirilə bilər

Tenerife şəhərinin Otelçilər Birliyi İspaniya Kral Futbol Federasiyasını və La Liqa rəhbərliyini çempionat oyunlarını Kanar adalarında keçirməyə dəvət edib.

“Report” “Marca”ya istinadən xəbər verir ki, birliyin nümayəndələri adaların İspaniyadan ayrı olduğuna əsaslanaraq bu seçimi təklif edib. Kanar adalarında Sequndada çıxış edən “Las Palmas” və “Tenerife” klubları qərarlaşıb.

Bundan əlavə, adalarda turistlər üçün bir neçə otel inşa edilib. Bildirilib ki, burada La Liqa və Sequnda komandalarının işçiləri yerləşdirilə bilər.

Qeyd edək ki, İspaniya çempionatı martın 12-də koronavirusa görə dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar