Qərb Rusiya enerjisindən tam imtina edə bilər

Ötən bazar ertəsi Almaniya kansleri Angela Merkel bəyan etmişdi ki, Rusiya Ukraynanın şərqində beynəlxalq qanunun təməl prinsiplərini pozmaqda davam edərsə, onun ölkəsi və Aİ Rusiya ilə enerji sahəsindəki əməkdaşlığa ümumiyyətlə yenidən baxa bilər.

O deyib ki, hazırda Rusiya üzərindəki sanksiyaları yumşaltmaq üçün əsas yoxdur.

Angela Merkel bildirib ki, atəşkəsin özünün bərqərar edilməsi bir yana, Luqansk və Donetsk regionunun gələcək statusu və mərkəzi Ukrayna hökuməti ilə münasibətləri məsələsi açıq qalır.

“Luqansk və Donetsk regionlarında sərhəd üzərində nəzarət, bufer zonası və ya sanksiyaların qalsdırılması barədə yenidən düşünməyə əsas verəcək başqa şərait yoxdur” – deyib, xanım Merkel ("Azadlıq" radiosu).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar