Ərdoğan Türkiyədə Beynəlxalq İslam Universiteti açır

Türkiyədə Misirin Əl-Əzhar Universitetinə alternativ olaraq Beynəlxalq İslam Universiteti açılacaq.

Bu barədə Türkiyənin dəyanət işləri naziri Mehmet Görmez bəyan edib.

Onun sözlərinə görə, nazirlik artıq Beynəlxalq İslam Universitetinin açılışı ilə bağlı Türkiyənin Ali Təhsil Komitəsinə (YÖK) müraciət edib.

Nazir bildirib ki, Komitənin müvafiq razılığı alındıqdan sonra Beynəlxalq İslam Universitetinin İstanbulun “29 Mayıs” Universiteti bazasında açılması planlaşdırılır.

Misirin Əl-Əzhar Universiteti dünyanın ən qədim universitetlərindən biri və nüfuzlu müsəlman dini akademiyasıdır. Universitetin əsası 988-ci ildə qoyulub və Yaxın Şərqdə ən iri İslam universitetidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar