Benzin 2 qəpik ucizlaşdı

Azərbaycanda benzinin qiyməti ucuzlaşıb. Azpetrol Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ucuzlaşma "Premium Avro - 95" markalı benzində qeydə alınıb.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsilə əlaqədar olaraq Azpetrol benzinin satış qiymətinə yenidən baxıb. Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən Premium benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə satılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar