"Ermənistan işğal etdiyi 7 Azərbaycan rayonunu qaytaracaq" - Sergey Markov

"Bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından ciddi heç nə olmadı".

SalamNews xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İctimai Palatasının üzvü Sergey Markov bu gün Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib. O deyib ki, bu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından ciddi heç nə ilə yadda qalmadı, amma gələcəkdə bu məsələ ilə bağlı köklü dəyişikliklər olacaq, kompromis əldə ediləcək: "Ermənistan ilk olaraq, işğal etdiyi yeddi Azərbaycan rayonunu qaytaracaq. Bunun qarşılığında isə Azərbaycan və Türkiyə Ermənistanın blokadasını aradan götürəcək".

Onun sözlərinə görə, sözügedən ölkələr kompromis barədə hələlik heç bir açıqlama verməyiblər. Buna baxmayaraq indi regional inkişafla bağlı danışıqlar gedir: "Avrasiya İttifaqı bu danışıqlara nümunədir. İttifaqa Azərbaycan, Türkiyə və İran da qoşulsa, yaxşı olar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar