Məxfi Xidmət direktoru məsuliyyəti üzərinə götürüb

ABŞ Məxfi Xidmət Direktoru Julia Pierson deyir ki, rəhbərlik etdiyi qurum İraq veteranı Ağ Evə daxil olanda, onu qoruya bilməyib.

Sentyabrın 19-da bir kişi Ağ Evin hasarını aşıb prezident iqamətgahının qapısına qaça bilməsidir. İraq müharibəsinin 42 yaşlı veteranı Omar Gonzalezi yalnız qapıda, kandarı keçəndən sonra tuta bildilər. Axtarış zamanı Gonzalesin üstündən bıçaq tapılıb.

Sentyabrın 30-da Konqresdə dinləmədə danışan Pierson deyib ki, o, həmin hadisə üçün günahı üzərinə götürür.

Obamanın sözçüsü deyib ki, prezident Pierson-un təhlükəsizlik islahatları həyata keçirəcəyinə inanır. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar