Dağlıq Qarabağ rejimi 164 ölkənin qatıldığı beynəlxalq sərgidə təmsil olunub

Sentyabrın 23-dən 26-dək Fransanın paytaxtı Parisdə keçirilən “IFTM Top-Resa-2014” turizm sərgisinə separatçı Dağlıq Qarabağ rejiminin nümayəndə heyəti də qatılıb.

“Media forum” saytı “Armtoday.info”ya istinadla xəbər verir ki, separatçı rejimin nümayəndə heyətinə yerli turizm idarəsinin rəhbəri Sergey Şahverdiyan rəhbərlik edib.

Separatçı rejimin nümayəndə heyəti üçün ayrılmış pavilyonda Dağlıq Qarabağ bölgəsi, yerli turizm xidmətləri haqda məlumatların yer aldığı ədəbiyyat təqdim olunub.

“Armtoday.info” Azərbaycan təmsilçilərinin Dağlıq Qarabağı sərgidən uzaqlaşdırmaq cəhdlərinin boşa çıxdığını bildirir.

AzərTAc-ın məlumatına görə, Parisin məşhur “Porte de Versailles” salonunda keçirilən “Top Resa” dünya turizm sərgisinə dünyanın 164 ölkəsindən 1200-ə yaxın şirkət qatılıb. Azərbaycanı bu il sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Geo travel”, “Gilanturizm”, “Rege atravel”, “Proxy travel” və “SW travel” turizm şirkətləri təmsil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar