Həbsdən çıxan polis rəisi dəhşətli faktlar açıqladı

Türkiyədə keçmiş polis rəisi Hənəfi Avcı mətbuat konfransı təşkil edərək dinləmə kasetləri haqqında iddialardan danışıb. Avropa.info-nun məlumayına görə, 2013-cü ildə həbs olunaraq 15 il 4 ay həbs cəzası alan, 2014-cü ildə isə məhkəmənin qərarı ilə sərbəst buraxılan Avcı olduqca inginc detallara toxunub.

Vali binasına ihbar zəngləri gəldiyini bildirən Avcı bunları deyib:

"Mənim haqqımda cinayət işi açıldıqdan sonra həm DİN-ə, həm də Prokurorluğa elektron məktublar göndərildi. Məktubda özünü komissar kimi təqdim edən biri haqqımda şər-böhtan yazırdı. Yazırdı ki, Hənəfi Avcı buraya gəldikdən sonra hər kəs haqqında məlumat topladı, biz istəmirdik amma bizi məcbur edirdi.

Bu şikayətdən sonra DİN müfəttişlər yolladı. İdarənin bütün kompüterlərinə baxdılar. Araşdırma aparıb bütün səs yazılarını, qeydləri ortaya çıxardılar.

Bu qeydlər rayonda yerləşən protokol siyahısındakı bütün siyahılarla müqayisə edildi və 4 ad oxşarlığı ortaya çıxdı. Biri vali müavini, ikisi şöbə müdiri, bir də prokurorunun adına bənzəyirdi. Vilayət, Nurəddin Ucal adı sadəcə ad oxşarlığı idi.

Əskişəhər valisinə məktublar gəlməyə davam edirdi. Yazırdılar ki, polisə xəbərdarlıq gəlib, bu məsələ bağlanılıb. Hər hansı bir prosedur yoxdur. Ört-basdır edilib.

Bundan sonra vali araşdırma aparmağa başlayıb və polisin 155 xidmətinə gələn bir xəbəri ortaya çıxarıb. Bir nəfər şivə ilə danışaraq özünü Şırnak Əli Təkin kimi təqdim edib. Polisə bir ünvan verib. Deyib ki, Bu ünvanda 80 kilo heroin var.

Polis saxta bildirişlərə adətkar olduğu üçün dərhal zəng edən adamın yerini təyin edərək tutub.

Bu şəxs isə kəşfiyyatda baş komissar olduğunu deyib. Polislər onu buraxmayacaqlarını bildirdikdə hadisə yüksək məqamlara gedib çatıb. "Yuxarı"dan tapşırıq verildikdən sonra bu şəxs dərhal buraxılıb".

Jurnalistlərə bir videoçarx izlətdirən Avcı burada üzünü gizlədən bir nəfərə xüsusi diqqət edilməsini istəyib:

"Videoda bir nəfər üzünü gizlədir. Bu otaqda olan bu adamı kim araşdırılıb? Bu özünü Şırnak Əli Təkin kimi təqdim edən şəxsdir və Kəşfiyyatın Başkomisaridir.

Bir polis rəisi verdiyi ifadədə bildirib: "Polis idarəsində axtarış aparılacağını eşitdiyim üçün idarəyə gəldim. Axtarış başlamamışdı. Məqam otağına girəndə otaqda bu adamla qarşılaşdım. "Nə gəzirsən" deyəndə bəhanə axtararaq uzaqlaşdı".

Mən isə kasetlərdə barmaq izi axtarılmasını tələb etdim. Kasetlər necə əl dəyişdi, neçə əməliyyatlar keçirildi. Polis bunları dinlədi, CD-lərə köçürdi. Heç bir barmaq izi alınmadı.

1 ay sonra prokurorluq işi ciddiləşdirdi. Barmaq izi almamaq üçün kasetlər mişarla bir-bir kəsildi.

Heç bir ölkədə, heç bir polis barmaq izini belə almır. Hadisə anında barmaq izi alınır. Hər kəs toxunduqdan sonra, torbalara qoyulub daşındıqdan sonra deyil.

Hadisə anında bir vəkil dostumuz prokurora etiraz etdi. Dedi ki, dəlilləri məhv edirsiniz. Bu cinayətdir".

Hənəfi Avcı "Kasetləri gülənçi polislər qoyubmu" sualına belə cavab verib: "Bunun hamısını açıqlamaq istəyərdim, amma istintaqa zərər vermək istəmirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar