İŞİD-lə mübarizəyə daha bir ölkə qoşuldu

Sabahdan Avstraliya təyyarələri İraq səmasında uçacaq

İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyaya Avstraliya da qoşulub. Sabahdan Avstraliya hərbi-hava qüvvələri də NATO-nun İraqda İŞİD-ə qarşı əməliyyatlarında iştirak edəcək.

Bunu Avstraliyanın Baş naziri Toni Ebbot bəyan edib. Onun sözlərinə görə, Avstraliya təyyarələrinin hərbi əməliyyatlarda iştirak üçün göndərilməsinə dair yekun qərar hələ verilməyib, lakin sabahdan etibarən Avstraliya təyyarələri müttəfiqlərin əməliyyatlarına dəstək vermək üçün İraq səmasında uçacaq.

Ötən ay Avstraliya İŞİD-ə qarşı əməliyyatlarda istifadə edilmək üçün F/A-18 Super Hornet tipli qırıcı-bombardmançı təyyarə və 600-ə yaxın hərbi və mülki mütəxəssis göndərmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar