ABŞ-dan Xəzərin bölgüsünə etiraz

Rəsmi Vaşinqton "Xəzər beşliyi"nin bəyanatına sərt təpki göstərib

"Biz “Xəzər beşliyi”nin birgə bəyanatında qeyd olunmuş başqa müddəalarla yanaşı, Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyi barədə müddəanı da görmüşük."

ANS PRESS-in məlumatına görə, bu fikri ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirilən brifinqdə bildirib.

O, Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan liderləri tərəfindən sentyabrın 29-da qəbul edilmiş birgə bəyanat barədə suala cavab verərkən deyib ki, bizim Azərbaycanla sərhəd təhlükəsizliyi, anti-terror fəaliyyəti, NATO-nun qarşılıqlı əməliyyatlara və beynəlxalq missiyalara sülhyaradıcılarla töhfə verməsi imkanları üzərində cəmləşmiş güclü təhlükəsizlik əməkdaşlığımız var. Biz düşünmürük ki, “Xəzər beşliyi”nin birgə bəyanatı bunu dəyişəcək və ABŞ-Azərbaycan əməkdaşlığını təsirləndirməyəcək.

Xatırladaq ki, beş Xəzəryanı ölkənin Həştərxanda keçirilmiş sammitində qəbul olunmuş birgə bəyanatda deyilir: "Xəzər beşliyi” Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudiyyətini yolverilməz hesab edir."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar