Sabiq nazirin məhkəməsi gələn aya qaldı

Ali Məhkəmədə sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin şikayətinə baxılması təxirə salınıb.

Məlumatı “Media forum” saytına vəkil Əfqan Məmmədov verib. Onun sözlərinə görə, sabiq nazirin şikayətinə oktyabrın 1-də baxılması nəzərdə tutulurdu: “Amma biz kassasiya şikayətinə bir sıra əlavələr vermişik. Nicat Quliyevin işində olan, guya onun evindən və üzərindən götürülmüş silahlarla bağlı məlumatların dəqiqləşdirilməsini istəmişik. Ona görə də şikayətə baxılması təxirə salındı və noyabrın 11-nə təyin olundu”.

Xatırladaq ki, Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar