“AYIN 20-dən SONRA BİZ HANSI ADDIMLARI ATMALIYIQ?” - Prezident açıqladı

“Bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, əsas məsələ vətəndaşların sağlamlığı, insanların həyatıdır: “Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər. Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq.

Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq”.

AzPolitika.info xəbər verir kj,  Prezident xüsusi karantin rejiminin nə zaman bitəcəyi haqda da danışıb: "Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni, xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ ki vaxtı qabaqlamaq istəmirəm, hələ ki təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-04-15 16:44:40

Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı çıxışında, bütün mövcud problemlərə toxunmaqla yanaşı sonda qeyd etmişdir ki, -yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq. Ölkə Başçısı tərəfindən bu məsələnin üzərində gedilməsi, məsuliyyətsiz məmurlara qarşı amansız olacağını bird aha gözlər önünə sərmiş oldu. Ölkəmizin ümumbəşəri bir bəla ilə üzə-üzə olduğu bir dönəmdə Ölkə Başçısı tərəfindən bütün məsələlərdə göstərmiş olduğu həssasiyət və əzmikarlıq, biz vətəndaşlar tərəfindən təqdir edilir və bəyənilir. . Belə bir həssas dönəmdə görünən o ki, Ölkə Başçısı əlindən gələni edir ki, xalqı və dövləti az bir itgi ilə bu bəladan savundursun. Təbii ki, bütün bunlar xalqla dövlətin birliyindən və bir də bu yöndə yerlərdə məmurların xalqla həssas davranmalarından keçir. Bu nədən də Ölkə Başçısı bax beləcə bütün çıxışlarında məmurları, xıbərdarlıq edir. Nə yazıq ki, onları heç olmasa belə bir ağır zamanda dönə-dönə həssaslığa və vəzivələrində məsuliyyətli olmağa dəvət etsə də, bəzi yüksək çinli məmurlar ya bəlanın miqyasını anlamır, ya da Cənab Prezidentin müraciətlərinə ciddi yanaşmırlar, yəni sayqı göstərmirlər. Son günlər mətbuatda və sosial şəbəkələrdə gedən yazılar və vidyo paylaşmalardan görünən o ki, belə duyarsız məmurlardan biri, yenə də Pirallahını İcra Başçısı Vasif İmanovdur. O Vasif İmanov ki, hep özünü Pirallahının "alahı" sandı. Əslində Vasif İmanov kimi başçılar bu sayaq "fəaliyyətləri" ilə Ölkə Başçısının bütün alanlarda yürütdüyü siyasətə yerlərdə bir kölgə olmaqla, həm də bu sayaq davramnışları ilə xalqı daima dövlətə qarşı qışqırtmaqla meşqul olurlar. İndi bu ağır zamanda, Vasif İmanov kimilərinin Başçısı olduğu rayonda millət sevdalıları tərəfindən imkansız ailələrə əl tutularkən, üzə çıxarılmış olduqları mənzərələr, onu rahatsız edir və bu nədən də öz əməllərini yenə də ört –basdır etmək üçün, ətrafı guya o adamların dövlətin yerli qurumlarını nüfuzdan salırlar adı ilə, onlara qarşı qara yaxma kompaniyası aparmaqla məşquldurlar. Əslində onlar bu propaqanda ilə Ölkə Başçısının bu yöndəki siyasətinin yenə də əlehinə getməklə, dövlətin adını hallandırıb, özlərini hədəfdən yayındırmağa çalışırlar. Dövlətin burada ən böyük qəbahəti isə Vasif kimi adamlara, kimlərinsə zamınlıyi ilə etimad və etibar göstərilib vəzifələrə gətirilməsidir. Bu adamın rayonda məsuliyyətsizliyindən və məmurlarının qudurğanlığından Prezident aparatına zamanında minlərlə şikayət məktubları göndərilib, hayla da göndərilir. Hansı ki, bu o Vasif İmanovdur ki, 2016-cı ildə məmurları tərəfindən törədilmiş bir ölüm hadisəsinin iştirakçılarını da (Manaf Mahafov və Həsən Niftəliyev) savunub və yetməmiş kimi hələ onlara bir yüksək vəzifə də verib və rayon ictimayyətindən gələn bilgilərə görə rayonda bütün özbaşınalıqları da onların əli ilə yürüdür. Ölkə Başçısının son Milli Məclisdəki çıxışında da məlum oldu ki, bu kimi məmurlar, adlarına Prezident aparatına gedən şikayət məktublarını da kimlərin isə sehirli əllərii ilə gizlədib yox ediblər. İnanırıq ki, Ölkə Başçısı belələri haqqında öz sözünü deyəcəkdir..

Cəmşid Dərələyəzli 2020-04-15 16:26:49

Təqdir edilsin

Ələkbər 2020-04-15 11:03:37

Insanlara yardım unudulub ! Pandemiyaya qalib gəlmək üçünisanların normal və qüvvətli qidalanması vacibdir.Bunun üçün isə dözdən başqa heç bir əməli addım atılmayıb.Əhalinin aşağı təbəqəsi səfalət içindədir.fr

t.ədalət 2020-04-14 22:40:45

Cənab prezidentin çıxışı çox doğrudur.Əlbəttə,yumşalma olmalıdır.İndi Azərbaycanda özəl sektor tam ticarət və iaşə strukturu üzərində qurulub.Adamlar vərdiş etdiyi işə dönmək istəyirlər.Karantin öz yerini ciddi dezinfeksiyaya verməlidir.Şükür ki, virusun yoluxma riski azalmağa doğru gedir.

Son yazılar