İntiqam Əliyevin üç vəkili onun müdafiəsindən kənarlaşdırılıb

intiqam 'liyevHüquq müdafiəçisi İntiqam Əliyevin dörd vəkilindən üçü – Anar Qasımlı, Əlayif Həsənov və Fariz Namazlı onun müdafiəsindən kənarlaşdırılıb. Bu, vəkillərin onun işi üzrə şahid kimi cəlb olunması ilə bağlıdır.

Ə.Həsənov Turan-ın müxbiri ilə söhbətində bildirib ki, bu işə heç bir aidiyyatı yoxdur və şahid kimi keçməsinin səbəblərini bilmir.

“Mən hələ qərarı almamışam və hansı əsaslarla kənarlaşdırıldığımı bilmirəm. Qərarı aldıqdan sonra məhkəməyə şikayət edəcəm”, - o vurğulayıb.

“Bu oyunda məqsəd bizi İntiqam Əliyevin müdafiəsindən kənarlaşdırmaq, onun müdafiəsini zəiflətməkdir”, - öz növbəsində A.Qasımlı bildirib.

Hazırda İ.Əliyevin bir vəkili qalır – Cavad Cavadov.

* İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.

İ.Əliyevin həbsinin əsl səbəbi ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə etməsidir. Onun sayəsində vətəndaşların Strasburqda Azərbaycan hökumətinə qarşı 70-dən çox iddiası təmin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar