Oktyabrın sevgi macəraları: artıq 8 nəfər öldürülüb

Azərbaycanda oktyabr ayı ailə-sevgi macəraları baxımından qara günlərlə başlayıb.

Ayın birinci günündə artıq bu zəmində 8 adam öldürülüb, 3 nəfər isə ağır yaralıdır.

Goranboyda ailə-məişət münaqişəsi zəminində 7 nəfər öldürüldükdən, iki nəfər yaralandıqdan sonra daha bir ağır hadisə ilə bağlı məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdub Bakı-Quba yolunun 40-cı km-nə aparıb və aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin töküb yandırıb. M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva isə xəstəxanaya yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar