ABŞ RUSİYA VƏ ÇİNİ HƏRBİ CAVABLA HƏDƏLƏDİ – “Vaşinqton hazır olmalıdır...”

Amerika hərbçiləri Rusiya və Çin ordularının döyüş imkanlarının artmasından çox ciddi narahatdılar və onlar siyasətçiləri ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyini yaddan çıxarmamağa çağırırlar. Belə ki, ABŞ müdafiə nazirinin müavini Robert Uork hesab edir ki, rəsmi Vaşinqton Moskva və Çinə cavab verməyə hazır olmalıdır. O, əlavə olaraq bildirib ki, həmin cavab hərbi vasitələrlə də ola bilər. AzPolitika.info Qərb mətbuatına istinadən bu barədə bildirir.

Bunula yanaşı Robert Uork onu da qeyd edib ki, Rusiya və Çin elə ölkələrdəndir ki, onlarla ünsiyyət zamanı diplomatiya dilindən daha fəal istifadə olunmalıdır. Müdafiə nazirinin müavini beynəlxalq münasibətlər şurasındakı çıxışında deyib: ”Onlar (Rusiya və Çin) özlərini rahat hiss etməlidirlər. Biz planetin hansı regionlarının bu ölkələr üçün həyati önəmə malik olduğunu müəyyənləşdirməli və onları nəzərə almalıyıq”.

Xatırladaq ki, bazar ertəsi ABŞ prezidenti Obama, Rusiya ilə NATO arasında baş verə biləcək birbaşa hərbi toqquşma ehtimalını istisna etmişdi. Obama bu məsələ ilə bağlı bəyan edib ki, o, Ukrayna böhranının siyasi həll imkanlarını görür və Rusiya qazının Ukraynaya ötürülməsinin bərpa olunması ilə əlaqədar razılaşmanı da alqışlayır.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar