AZƏRBAYCANLI OLİQARX-MAFİOZLARIN YENİ ƏYLƏNCƏSİ -  Monakoda 400 milyonluq penthausun müştərisidirlər - (Fotolar)

Dünyanın ən bahalı penthausu, yəni göydələnin çardağında yerləşən mənzilini neçəyə almaq olar? Belə məlum olur ki, az qala 400 milyon dollara...

Və işin digər sensasion tərəfi odur ki, gələn il istifadəyə veriləcək bu penthausu almaq istəyənlər arasında Azərbaycandan olan oliqarx-mafiozlar da var.

Virtualaz.org saytı xəbər verir ki, Monakoda italyan əsilli tikinti maqnatı tərəfindən inşa edilən “Odeon Tower”in penthausu və oradakı şərait barədə “The Guardian” qəzeti yazır.

Monako əslində supervarlılar üçün uşaq meydançası kimi yerdir. Onun sahillərində nəhəng yaxtalar lövbər salır, kazinoları həmişə dolub-daşır, bulvar sahili boyu idman avtomobilləri şütüyür.

Lakin dünya zənginlərinin sevimli məkanı olan Monakoya can atmaq üçün daha bir səbəb var. Qəzet yazır ki, bu, oliqarxları orgiyaya gətirəcək yeni oyuncaq - “Odeon Tower” qülləsi və onun penthausudur.

O, tikilib başa çatandan sonra Avropanın ən hündür binası olacaq, üstəlik indidən satışa çıxarılan penthausu dünyada ən bahalı çardaq hesab ediləcək.

Hər şeyi olanlar üçün “Odeon Tower” daha çox şey vəd edir. Onun penthausunda ayrıca trenajor zalı, sauna, kinoteatr, kitabxana, viski barı və bilyard zalı, həmçinin tennis kortundan iki dəfə yarım böyük olan yataq otağı - bütün bunlar ikiqat hündürlüklü beş yuxarı mərtəbədə yerləşəcək.

Orada maral dərisi ilə üzlənmiş masalar, qara ağacdan hazırlanmış mebel olacaq. Çardaqda isti su vannası, şəlalələrlə əhatə olunmuş hovuz da öz yerində...

Altı yemək salonlarından hansısa birində nahar edəndən sonra qonaqlar geniş mərmər pilləkənlərlə sizin öz xüsusi gecə klubunuza qalxa, mərmər rəqs meydançasında əylənə bilər. Oradan isə ətrafa füsunkar mənzərə açılacaq.

Bəs bütün bunlar penthausun sahibinə neçəyə başa gələcək?

Tikintinin sahibi deyir ki, heç nə, “qəpik-quruşa”, cəmi 270 milyon funt-sterlinqə, yaxud təxminən 400 milyon dollara.

“Bu, ancaq ciddi oliqarxlar, ən varlıların varlıları üçündür” - deyə “Knight Frank” rieltor şirkətindən Edvard de Mallet Morqan bildirir.

Onun vəzifəsi penthaus və qüllədəki mənzillər üçün müştəri tapmaqdır. E.M.Morqanın günü supervarlıların əhatəsində keçir, yüz milyonlarla dollarlıq yaxtaları ilə Monakoya yan alanlar, şəxsi təyyarələri ilə ora enənlər özlərinə superbahalı iqamətgahlar axtarırlar.

E.M.Morqan deyir ki, onun müştərilərindən birinin arvadı sahilboyu yerləşən malikanələrə baxandan sonra üz-gözünü turşudaraq belə deyib: “Bu ki milyonçu evidir, mənə milyarder evi göstərin”.

Monakoda daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan De Mallet Morqan danışır ki, bir qayda olaraq “Odeon Tower”dan mənzil almaq üçün növbəyə düzülənlərin dünyanın hər yerində daşınmaz əmlakları, hər şeyləri var. Onların yəqin ki, ayrıca şəhərkənarı bağ evləri, şəhərin mərkəzində evləri, Karib dənizində şəxsi adası və ya Mayamidə villası, hətta ola bilsin Afrikada daşınmaz əmlakı bar. Monakoda mülk almaq isə onların seçimini tamamlayır. Axı o, necə supervarlı oliqarxdır ki, Monakoda mülkü yoxdur? Üstəlik Monako knyazlığı belələrinin çirkli yollarla qazandıqları milyardları vergidən yayındırmaq üçün əla imkan yaradır.

Qüllənin tikintisini italyan əsilli biznesmenlərin ailə şirkəti “Marzocco” aparır. 700 milyon avroluq kapitala malik olan ailə şirkətinin rəhbəri Daniello Marzokko deyir ki, “Odeon Tower”da yerləşən 250 mənzildən 26-ı artıq satılıb. Ən yuxarı mərtəbələri və penthausu almaq istəyənlər isə Rusiya, Azərbaycan və Qazaxıstan kimi ölkələrdən olan supervarlı oliqarxlardır.

D.Marzokko deyir ki, müştərilərin yarısı təhlükəsizliklərindən arxayın olmaq üçün Monakoda ev alır.

D.Marzokkonun atası 80-ci illərdə İtaliyada mafiya tərəfindən oğurlanıb və onun ailəsi Monakoya qaçmalı olub.

“Burada küçələrdə nəzarətsiz heç nə yoxdur. Və adambaşına düşən polis sayı istənilən başqa ölkədən çoxdur. Və siz əmin ola bilərsiniz ki, onlar sizin pullarınızın mənbəyini heç vaxt araşdırmayacaq” - deyə D.Marzokko bildirir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar