PUTİNİN “İKİNCİ SSRİ”-Nİ QURMAQ NİYYƏTİ – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?

Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına son müsahibəsində deyib ki, guya keçmiş SSRİ respublikalarının keçmiş böyük dövlətin bərpasıyla bağlı qorxuları tədricən aradan qaldırılır. Putin deyib ki, keçmiş respublikalar arasında inteqrasiyanın genişlənməsində qəribə heç nə yoxdur. Buna baxmayaraq, Putin mövcud reallığı bu şəkildə ifadə edib: “Təəssüf ki, inteqrasiya istənilən qədər irəli getməyib, halbuki bu mümkündür”.

Vladimir Putin sonrakı cümləsində açıqlamasının mahiyyətini bu sözlərlə büruzə verib: “SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır”. Putin keçmiş SSRİ respublikalarının birliyinin dünya bazarlarında rəqabət gücünü artıracağını vurğulayıb. Kreml sahibi keçmiş SSRİ-nin vahid dilinin, nəqliyyat infrastrukturunun və enerji qaynaqlarının olduğunu da xatırladıb. Putin birlikdə maraqlı olmayan qüvvənin də adını çəkib: Qərb.

Birincisi, Putin sonuncu cümləsində yeni heç nə deməyib. Həqiqətən Qərb SSRİ-nin bərpasını istəmir. Ancaq SSRİ-nin bərpasını heç Putinin haqqında danışdığı keçmiş SSRİ respublikaları, indiki müstəqil dövlətlər də istəmir. Putinin açıqlamasının heç bir yerində keçmiş SSRİ respublikaları müstəqil dövlətlər kimi adlandırılmır. Bununla Kreml sahibi bu dövlətlərə baxışını ortaya qoyur. Putin ətrafındakı dövlətləri Rusiya və Sovet imperiyasının tərkib hissəsi kimi qiymətləndirir. Təsadüfi deyil ki, Putin illər öncəsi verdiyi açıqlamada SSRİ-nin süqutunu əsrin böyük faciəsi adlandırmışdı. Aydındır ki, bunu deyən şəxs Rusiyanın qonşularını müstəqil dövlətlər kimi dəyərləndirə bilməz. Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etməsini, 2014-cü ildə isə Krımı ilhaq etməsini və Donbasda Kiyevə tabe olmayan separatçı bölgə yaratmasını bu siyasətin tərkib hissəsi kimi dəyərləndirə bilərik.

İkincisi, Putin açıqlamasında “vahid dilə qayıdışa” işarə edərkən, hamının yenidən rus dilində danışması gərəkliyinə işarə edib. Putini başqalarının fikri maraqlandırmır, o öz xəyallarını reallaşdırmaq istəyir. Necə ki, Adolf Hitler başqa dövlətlərin ərazilərini işğal edərkən öz xəyallarını reallaşdırmaq istəyirdi. Ancaq indi fərqli əsrdir, güclər və maraqlar da fərqlidir. Yəni Putinin dediyi əsas deyil, əsas dünyadakı və bölgədəki qüvvələr nisbətidir.

Üçüncüsü, keçmiş SSRİ respublikalarından hansı biri imperiyanın yenidən bərpasını, Rusiyanın ağalığı ilə Qərblə münasibətlərinin korlanmasını və nəhayət, müstəqillikdən vaz keçməsini istəyir? Rusiyanın yaxın müttəfiqləri Qazaxıstan, Belarus və Ermənistan sayılır. Ancaq hətta bu 3 dövlət belə çətin ki, Putinin “SSRİ-ni başqa şəkildə bərpa edək” ideyasına dəstək versin. Rusiya ilə birləşməyə illərdir hazır olan Belarus belə sonda anladı ki, Moskvaya tərəfdaş yox, vassal lazımdır. Ona görə də Belarus prezidenti Aleksandr Lukaşenko vaxtilə özünün irəli sürdüyü Rusiya ilə ittifaq ideyasından vaz keçib.

Dördüncüsü, Putin eyni açıqlamada ziddiyyətli fikirlər söyləyib. SSRİ-nin başqa formada bərpasından danışan Putin sonrakı cümləsində deyib ki, Avrasiya İqtisadi Birliyinin yeni üzvlərlə genişləndirilməsi məsələsində tələsmək lazım deyil. Putin deyib ki, Avropa təcrübəsi göstərir ki, inteqrasiya proseslərində çətinliklər var və onlarla hesablaşmaq lazımdır. Putinin bu fikri ilə razılaşmamaq olmur. Ancaq inteqrasiyanın mövcüd çətinliklərindən danışan Putin eyni zamanda bundan daha sıx inteqrasiya olunması hədəflənən ikinci SSRİ-nin bərpasını necə mümkün hesab edir? Başqa aktual sual da var. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında inteqrasiya necə mümkündür? Bəziləri deyə bilər ki, axı Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyinin (MDB) də üzvüdürlər. Məsələ burasındadır ki, MDB amorf qurumdur. Putin isə MDB-dən və Avrasiya İqtisadi Birliyindən daha güclü təşkilat yaratmaq istəyir.

Putin “yeni ideyasını” maraqlı dövrdə irəli sürür. Dünya və elə Rusiyanın özü koronavirusla gərgin mübarizə aparır, xəstələrin və ölənlərin sayı artır. Rusiyada vəziyyət ağırdır, bir tərəfdən koronavirus, digər tərəfdən neftin qiymətlərinin düşməsi Rusiya iqtisadiyyatını iflic edib. Kreml sahibi bu problemləri necə həll edəcəyi və ölkənin bütövlüyünün gələcəyi haqqında düşünmək əvəzinə SSRİ-ni başqa formada bərpa etmək istəyir. Burda deyiblər, özünə umac ova bilmir, özgəyə əriştə kəsir.

“Atlas” Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-04-21 12:40:57

Dəfələrlə mətbuatda Rusiyanın məkrini açıb söyləyən şərhçilərdən biri də mən olmuşam. Ən çox da son iki yüz ildə ermənilərin əli ilə başımıza gətirdikləri müsibətlər konusunda və nə yazıq ki, hayla da gətirməkdədirlər. Bütün bunlardan dolayı da indiki Ermənistan və Azərbaycan arasında olan konfiliktin (başqa bu qabildən olan keçmiş SSRİ respublikalar da daxil) açarının məhz Rusiyanın əlində olması bir gerçəkdir və bunu da heç kim inkar edə bilməz. Qərb də buna dolayısı ilə təsir edə bilmir, çünki dünyada hər bir gücün öz nüfuz dairəsi var. Ondandır ki, Azərbaycan hakimiyyəti son zamanlar Qərbin bütün bu məsələlərdə olan ikili tavırlarınıi görüb də , Qərbdən üz çevirir. Ölkə Başçısının rəsmi şıxışlarında da bu açıq-aşkar söylənilir. Amma indi baxıram ki, müyyən gerçəklərin yaranma səbəbləıri bəzən düşünmədən, yəni belə forsmajor hadisələrdən sonra çılpaqlığı ilə meydana çıxır və daha real görünməyə başlayır. Sonuncu Pandemiya fəlakəti bu qısa zamanda göstərdi ki, (hayla da göstərməyə davam edir) daima bizə güclü görsənən dövlətlər, xüsusən də Qərb dövlətləri sözün həqiqi mənasında içdən çökmüşümüşlər və əllərində olan və indiki fəlakətdə heç nəyə yaramayan beş -üç silah və ordu ilə dünyaya meydan oxuyurmuşlar. İndi Dünyanı şok edən Pandemiya fəlakəti ağıllara bir soru işareti getirir, bunun sonu nə nə ilə nəticələnəcək və sonrası necə olacaq. Bəllidir ki, Pandemiya tekce can kaybı gətirmədi, özü ilə bütün dünyanın iqtisadiyyatının çöküşünü belə gətirdi və bunu da daha da dərindən tətikləməkdədir. Bu fəlakət eyni zamanda bir gerçəyi də üzə çıxardı ki, həqiətən də BMT və Avropa ittifaqı (NATO-da demirəm hələ) kimi "nüfuzlu" təşkilatlar mənasız və heç bir işə yaramayan bir quruma çevrilmişlər. Bu nədəndir ki, Ümumdünya Səhiyyə Təşkilatı bu günə kimi dünyada tüğyan edən xəstəliklə bağlı bir fikir belə söyləyə bilməmişdir. Hansı ki, illərlə bütün ölkələr bu quruma nə qədər vəsairt xərcləmişlər. Bütn bu qeyd olunan gerçəklərdən dolayı, Putinin "SSRİ".konusunda (buna oxşar bir qurum) söyləmiş olduğu son söyləntilərinə sanıram bir az gendən, həm də məntiqli baxmaq və dəyərləndirmək pis olmazdı. Yəni məsələyə yuxarıda qeyd olunan gerçəklər acısından və Pandemiyanın varacağı sonuçları gözlər önünə gətirib, müstəqilliyə heç bir xələl gətirilməməsi şərti ilə dəyərləndirmək olar. Ən çix da iqtisadi əlaqələr baxımından. Amma o şərtlə ki, Rusiya bütün Respubnlikaların sərhədlərini Sosilizmdən oncəki vəziyyətə qaytarmalarına imkan verməli, respublikalar arası düşmənçilikləri sonlandırmalıdır. Çünki, Rusiya bütün hallarda keçmiş Rusya dövlətlərinin tək varisidir. Əgər Rusiay indiki fəlakətin gətirəcəyi sonuçları gözə alıb, buna gedərsə sanıram bunu düşünməyə dəyər. Çünki, gözlənilən iqtisadi fəlakətlər, can kayıbından da betər zorluqlara yol açmasın deyə bəzi ölkələr ayaqda qalmaları üçün, müyyən birliklərdə təmsil olunmaq zorunda qalacaqlar və deyərdim ki buna da məhkumdurlar. Bizim Avrasiya coğrafiyasında isə keçmiş Sovet Respublikalarının bir araya gəlməsi daha məqbul olar. Çünki, aradan 30 il keçsə də Sovetlər dönəmində olan iqtisadi əlaqələr dolayısı ilə hələ də bitməmişdir. Xalqların birgə yaşamaları ənənələrini də demirəm hələ. Yox əgər Rusiya bu şərtlərə getməzsə əgər, onda qısa bir zamanda bütün alanlarda Türk dilli dövlətlərlə bir araya gəlib, məqbul bir ittifaqın qurulmasında səylərimizi gücləndirməliyik. Bu menim sadəcə düşüncələrim. Təbii ki, bu konuda söz söyləmək iqtidarında olan uzmanlar daha geniş fikir bildirə bilərlər.

Romana 2020-04-20 18:02:22

Müstəqillikdən heç bir vəchlə vaz keçilməyəcək. Bunu imperiya nökərləri bilsinlər. Bu tələm-tələsik rəy deyil, illərlə formalaşan qəti mövqeydir. Həyatımız bu yola qurbandır.

t.ədalət 2020-04-20 17:09:18

Putin bu fikrini Rusiyanın buyruğu ilə oturub-duran dövlət başçılarına istinad edir.Rus kəşfiyyatının yetirdiyi casus şəbəkəsi heç vaxt Türkiyəyə tərəf getməz.Çünki onları Türkiyəyə nifrətlə tərbiyə ediblər,həm də onların mayası ermənilərlə qarışıqdır.Ancaq yaydan çıxan ox geri dönmədiyi kimi rus imperiyasına da geriyə dönüş olmayacaq.

Özgür 2020-04-20 15:28:58

putin 2-ci rus imperiyasını qulaqlarının dibini görsən qurarsan!

Cavan 2020-04-20 15:13:33

Putin Rusiyanı parçalanmaqdan qorumaq,digər respublikaların var dövlətini ələ keçirmək üçün cəfəng fikirləri ortaya atır.Həm də onların əvəzinə deyir ki,respublikalar özləri bunu istəyir.Riyakarlığın dərəgəsinə baxın.Sən mənim insanlarımı Xocalıda öldür,torpaqlarımı işğal edib erməniyə ver,sonrada de ki.müstəqilliyindən imtina et gəl mənim boyunduruğum altına gir.Ayrı nə istəyirsən? fikirləri ortaya atır

PutLAVR 2020-04-20 14:52:40

Keçmiş SSRİ çoxdan AvrAsKap kimi KTMT gücü və MDB adı ilə genişlənir!

Elli 2020-04-20 14:28:31

vova sən yəqin çox vurub- yatıb yuxu görmüsən, rus imperiyası daha olmayacaq.

Roman 2020-04-20 13:30:31

Telem telesik rey vermeyiniz araşdirmaciligda naşi oldugunuzu biruze verir.

Son yazılar