“KİVDF-də YOXLAMALAR APARILMALIDIR...” - Deputatlardan Əli Həsənova ağır ittihamlar

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda yoxlamalar aparılmalıdır. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat hələ xeyli əvvəl bununla bağlı fikir bildirdiyini də xatırladıb: “Mən hələ vaxtında, Vüqar Səfərli icraçı direktor olanda fikrimi bildirmişdim ki, orada haqsızlıqlar var. Buna görə də onlara məxsus saytlarda əleyhimə yazılar gedirdi. Dövlətdən ayrılan vəsaitin paylanmasında, jurnalistlərin ev bölgüsündə, lap elə yazı müsabiqələrində haqsızlıqlara yol verilirdi. Orada yoxlamaların aparılmasına çox ciddi ehtiyac var.

Keçən müddətdə ev alanlarla bağlı narazılıqlar yaranmışdı. Ev alanlar arasında heç jurnalist olmayanlar da var. Bu barədə mətbuata mütəmadi olaraq demişik. Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Onun yaxın adamları olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli bir kampaniyanın adamlarıdır. Son illər mətbuatda xaotik vəziyyətin yaranması birbaşa onların əməli idi.

Mətbuatı Azərbaycan xalqının milli xüsusiyyətlərinə xas olmayan söyüş alətinə çevirmişdilər. Bütün bunlar faktiki olaraq onların xidmətləri idi. Ona görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütləq yoxlanılmalıdır, Hesablama Palatası orada yoxlamalara başlamalıdır. Keçən müddətdə Fonda nə qədər vəsait ayrılıb, hara, necə xərclənib, bunun hesabatı aparılmalıdır.

Bu yaxınlarda Milli Məclisdə Hesablama Palatasının hesabatını dinləyəndə bu məsələyə mütləq toxunacağıq”.

Vahid Əhmədov qeyd edib ki, jurnalistlər üçün tikilən 3-cü binadakı mənzillərin paylanması zamanı şəffaflıq olacağını gözləyir: “Düşünürəm ki, hər kəs baş verənlərdən özünə pay götürür. Dövlət başçısı yeni təyinatlar zamanı da öz tapşırıq və tövsiyələrini verir. Ona görə də bundan sonra hər şey şəffaf olmalıdır. Buna qədər şəffaflığı təmin etməyənlər isə qanun qarşısında cavab verməlidirlər”.

Digər bir deputat Fəzail Ağamalı da "demokrat.az"-a açıqlamasımda yoxlamaların aparılmasının vacibliyini qeyd edərək bildirib ki, Fondun fəaliyyətində “cinayət xarakterli nöqsanlar” olub: "Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində cinayət xarakterli nöqsanlar olub. Mən hələ bir neçə il əvvəl KİVDF-nin fəaliyyətindəki həmin cinayət xarakterli nöqsanlarla bağlı fikirlərimi söyləmişəm. Daha bundan sonra eyni mövzuya qayıtmaq istəmirəm".

635x100

Şərhlər

alim 2020-04-24 12:35:00

Əli Həsənovun dissertasiyalarını, qalaq-qalaq kitablarını, məqalələrini yazan Milli Məclisdə oturan cavan alim deputatlardır. Hamı onların Əli Həsənovun kafedra müdiri olduğu hansı akademiyada işlədiklərini və Əli müəllimə göstərdikləri xudmətlərə görə orada oturduqlarını çox gözəl bilir.

Eli Eliyev 2020-04-22 12:58:25

Inanin mene ciddi ve sert addimlar atilmasa, hec bir musbet netice ola bilmez. Dede Qorqud kinosunda Qazan xan Yalinciqi oldurmedi, axirini da bilirsiniz....

Elmşünas 2020-04-22 03:45:12

Ömrünü kabinetdə yaşayan, həftənin altı günü 12 saat işdə oturan məmurlar görəsən doktorluq dissertasiyasını, qalaq-qalaq kitabları, monoqrafiyaları necə yaza biliblər. Belə məmurlar necə akademik ola bilirlər? Dövlət məmurundan da doktor, akademik olar? Elə biri Əli Həsənov, o birisi Ramiz Ənvəroviç, digəri..... Bunların elmi ad və dərəcələri başqalarının yazdıqları dissertasiyasi və monoqrafiyalar hesabınadır. Əgər ölkədə siyasi ədalət varsa, onların elmi adları, dərəcələri, akademikliyi geri alınmalıdır. Yoxsa, heç bir ədalətdən söhbət gedə bilməz. Savadı olmayanlar öz vəzifələri və pulları hesabına doktor, professor olurlar, amma savadlı, bilikli insanlar maaşalarının nə vaxt 50 manat artacağını gözləyirlər....

Bakuvi 2020-04-22 03:38:31

Bir vətəndaş kimi ümid edirəm ki, deputatlar Vüqar Səfərli ilə xalqın başını qatmayacaqlar. O, böyük oyunların kiçik peşkasıdır. Deputatlar dövləti, xalqı sevirlərsə, indiki və keçmiş digər məmurların fəaliyyətinin də yoxlanılmasını təklif etsinlər. Məsələn, Hacıbala Abutalıbovun, keçmiş rabitə və yüksək texnologiyalar nazirinin, indiyə qədərki kənd təsərrüfatı nazirlərinin, keçmiş sosial məşğulluq və əmək nazirinin və onun ətrafının fəaliyyəti hərtərəfli, ciddi araşdırılmalıdır. Əks halda xalqın etimadını qazanmaq olmayacaq. Belə alınır ki, nə oğurlayıbsınızsa, nə qədər rüşvət yığıbsınızsa gedin keflə xərcləyin? Bu ki xalqı dolamaqdır, cənablar.

Bakuvi 2020-04-22 03:38:16

Bir vətəndaş kimi ümid edirəm ki, deputatlar Vüqar Səfərli ilə xalqın başını qatmayacaqlar. O, böyük oyunların kiçik peşkasıdır. Deputatlar dövləti, xalqı sevirlərsə, indiki və keçmiş digər məmurların fəaliyyətinin də yoxlanılmasını təklif etsinlər. Məsələn, Hacıbala Abutalıbovun, keçmiş rabitə və yüksək texnologiyalar nazirinin, indiyə qədərki kənd təsərrüfatı nazirlərinin, keçmiş sosial məşğulluq və əmək nazirinin və onun ətrafının fəaliyyəti hərtərəfli, ciddi araşdırılmalıdır. Əks halda xalqın etimadını qazanmaq olmayacaq. Belə alınır ki, nə oğurlayıbsınızsa, nə qədər rüşvət yığıbsınızsa gedin keflə xərcləyin? Bu ki xalqı dolamaqdır, cənablar.

Xalqsevər 2020-04-22 03:28:38

Cənab Prezident Əli Həsənovun Yeni Azərbaycan Partiyasına vəzifəyə gətirdiyi və 20 il himayə elədiyi iki nəfər əsas funksionerin də fəaliyyətini yoxlatmalıdır. Bu adamlar partiyada öz firmaları kimi davranırlar.Hakim partiyanın məlumatına görə hər il üzvlük haqlarından və ianələrdən 7-9 milyon manat vəsait yığılır. Bu pullardan bir neçə milyon həmin iki nəfər partiya funksionerlə bərabər Ə.Həsənovun və bir də boz kişinin cibinə gedib indiyə qədər...

Bakuvi 2020-04-22 03:21:18

Vüqar Səfərli kimdir ki? Sadəcə icraçı, vəssalam. Əsas qüvvə onu himayə edənlər, belələrinin vasitəsilə media biznesi yaradanlardır.

Bakuvi 2020-04-22 03:16:31

Bu işlərin hamısı yuxarıdan qaynaqlanıb, yəni Əli Həsənovdan. Bu yüksək eşalonun məmuru nə edibsə, tək etməyib, Ramiz Ənvəroviçlə birlikdə edib. Bu həmin Əli Həsənovdur ki, ölkə siyasətində öz böyük media imperiyasını, media biznesini yaratmışdı. Bu mediya imperiyasının qalıqları hələ də işləyirlər. Onun himayəsində olan, onun siyasi sifarişlərini, böhtan kampaniyasını, dezinformasiya siyasətini yerinə yetirən nə qədər informasiya agentlikləri, müxaifət və iqtidar qəzetləri, saytlar, media yazarları, QHT-lər, Mətbuat Şurası üzvləri hələ də 5-ci kolon olaraq işləməkdə davam edirlər.

Seyid Ənhu. 2020-04-21 23:14:32

İndi də olmasa gələcəkdə bu adam dərindən təftiş ediləcək və layiq olduğu həddə endiriləcəkdir.

elxan 2020-04-21 21:12:16

İster Vüqar isterse de Əli hər ikisi ...Dövlət əmlakının mənimsənilməsi vəzifələrindən sui istifadə və tamahkarliq əzifə cinayətlərində suclulu ola bilərlər. Araşdırmalara mütləq başlanılmalıdır.

t.ədalət 2020-04-21 17:37:44

Fəzail müəllimin çıxışı lap gülməlidir.Guya həyat yoldaşı Qalina Yurievnanın adına Saray qəsəbəsində 103 hektar özəl torpaq sahəsi olan da, özü Əli Həsənovdan yaxşıdır?....

Son yazılar