TƏYİNATININ 40-cı GÜNÜ TÖHMƏT ALAN İCRA BAŞÇISI... - Fotolar + VİDEO

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Bununla bağlı Qaynarinfo-ya icra başçısına töhmət verilməsinin bəzi əlavə detalları ilə bağlı məlumat daxil olub.

Məsələ burasındadır ki, icra başçısı son addımı ilə məsuliyyətsizlik nümayiş etdirib. Artıq xəbər verildiyi kimi, N.Bağırov bir neçə gün əvvəl karantin qaydalarını pozaraq bir qrup sahibkarla rayonun Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.

Əldə etdiyimiz əlavə məlumata görə, orada sahibkarlarla yanaşı, bir neçə nəfər də olub. Yəni icra başçısını dağa səyahəti zamanı sahibkarlarla yanaşı, digər şəxslər də müşayiət edib. Lakin mənbə etik cəhətdən həmin şəxslərin adlarını açıqlamadı.

İcra başçısı rayondakı karantin qaydalarına ciddi riayət etmək, bununla bağlı vətəndaşlara nümunə olmaq əvəzinə, qaydaları elə özü pozub. Halbuki yerli icra orqanının rəhbəri başçılıq etdiyi rayonda istər qanun-qaydalara riayət, istərsə də digər hərəkətlərində sakinlərə nümunə olmalıdır

Özü də belə həssas dövrdə. Məsələ burasındadır ki, dünya ölkələrini ağuşuna alan, bir sıra dövlətlərin gizli düşmən adlandırdıqları koronavirus pandemiyası şəraitində ölkəmizdə vəzifəsindən, cinsindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaş karantin qaydalarına ciddi şəkildə riayət etməlidir. 

Şübhəsiz ki, vəzifəli şəxslər bu prosesdə öndə getməli, öz davranışları, qaydalara əməl etmələri ilə hər kəsə nümunə olmalıdırlar. Məhz belə olduqda digərləri vəziyyətin ciddiliyini anlayar və qoyulmuş qayda-qanunlara riayət edərlər.

Lakin N.Bağırovun bu addımı ona olan etimadı doğrulmadığını göstərir. Halbuki məsuliyyətsizlik, hər kəs üçün ümumi və icbari olan qaydaların pozulması daha ciddi inzibati cəza tədbirləri ilə nəticələnə bilər. Görünür icra başçısı sabiq həmkarlarının hamı üçün ümumi və zəruri olan qayda-qanunlara riayət etməmələrinin, qadağalardan kənara çıxmaların onlar üçün hansı fəsadlar törətdiyini ya unudub, ya da fərqinə varmır. Qanun və qayda vəzifəsindən, qulluq mövqeyindən, cinsindən, siyasi baxışlarından asılı olmayaraq hamı üçün eynidir. İnsan ondan kənara çıxdıqda son nəticədə özü də kənarda qalmalı olur. Sonrakı peşmançılıq isə necə deyərlər, fayda vermir.

Sonda onu da qeyd edək ki, gənc icra başçısı bu vəzifəyə cəmi 40 gün öncə- 5 mart tarixində təyin olunmuşdu.

635x100

Şərhlər

letif 2020-04-28 09:07:46

yanindakilar satib ; hemde ki sade camahatla yox sahibkarlarla gezirse ortada basqa isler var

Moshu 2020-04-22 21:06:00

Bizlərdən fərqli olaraq amerikanlar sabiq Prezidentlərə də hörmət əlaməti olaraq cənab Prezident deyə müraciət edirlər. Sabiq Prezident Əbülfəz Elçibəy Milli Məclisdəki çıxışlarının birində qeyd etdi ki, bu millət öz Prezidentini əlinin içində saxlamağı bacarmır. Bəli? Bu həqiqətən də belədir. Bu gün dövlət, onun başçısı gənc kadrların dövlət idarəçiliyində, Parlamentdə təmsil olunmalarını fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab etmişdir və bu yolda fəaliyyətini davam etdirir. Kiminsə yadına gəlirmi, nə zamansa dövlət başçısı təyin olunmuş icra başçılarını, nazirləri qəbul edərkən və onlara tövsiyyələrini verərkən bunu efir vasitəsilə xalqın diqqətinə çatdırsın? Sizi bilmirəm, mən xatırlamıram. Bu gün bütün dünya gözə görünməyən düşmənlə - koronavirusla mübarizə aparır. Ölkə başçısı dəridən-qabıqdan çıxır ki, bu mübarizədə az itkilərlə bu böhranlı vəziyyətdən üzüağ çıxaq. Bu mübarizədə onun yerlərdə arxalandığı insanlar da onun təyin etdiyi nümayəndələridir, icra başçıları. Vaxt var idi hamımız bir ağızdan deyirdik ki, bu uğursuz kadrları Prezidentə “boz kardinal” sırıyır. Hazırda o, yoxdur. Bəs bu gözəgörünməz virus indi kimdir? Bəlkə də cənab Prezidentin mənim məsləhətimə heç ehtiyacı da yoxdur. Buna baxmayaraq bəzi fikirlərimlə bölüşmək istərdim. Cənab Prezident, ölkədə xoşagəlməz nə hadisə baş verirsə Sizin adınızla bağlayırlar. İnanın, Siz xalqın rəğbətini qazana bilmisiniz, lakin bu balaca bəylər bilərəkdən, bilməzlikdən, məsuliyyətsizlikdən Sizin adınıza ləkə vururlar. Mən Sizin psixoloji portretinizi dəqiqliyilə cızmışam. Siz çox loyal, müdrik, zəmanənin nəbzini tutmağı bacaran, sülh adamısınız. Sizi gərək o vəziyyətə çatdıralar ki, Siz sifətinizin sərt tərəfini göstərəsiniz. Aqstafa, Yevlax, Neftçala hadisələri onlara lazım idimi? Elə icra başçısı yoxdur ki, onlarla bağlı hansısa xoş söz dilə gələ. Cənab Prezident, mətbuatda gedən hər yazıya diqqət yetirmənizi xahiş edərdim, yalvarardım. Hesablama Palatasının yeyinti məsələləri ilə bağlı hesabatlarını nəzərə almağınıza ümidliyəm. İşində xırda nöqsana yol vermis rəhbər işçiyə qarşı amansız olmağınıza ümid edirəm (icra başçısı sıravi dövlət məmuru deyil ki, ona töhmət verilsin. Birmənalı bu insan vəzifəsindən azad edilməli idi). Vaxtı ilə Lütfi Zadə Sizi Sinqapurun sabiq Baş Naziri Li Kuan Yu-ya bənzətmişdi. Güman edirəm ki, Siz ondan da bir addım qabaqda olmağa layiqsiniz. Azərbaycan heç də Sinqapurdan geri qalan ölkə deyil, çünki onun Sizin kimi lideri var. Burada rəhmətlik Əbülfəz Elçibəyin fikirləri bir daha yadıma düşür. Bəli, gördükləriniz işlərə rəğmən Azərbaycan xalqı Sizi əlinin içində saxlayacaqdır. Bird aha Sizə uğurlar, cənab Prezident .

Moshu 2020-04-22 18:55:46

Moshu 2020-04-22 18:08:28

Akif 2020-04-22 17:49:22

Kadr təqdimatında sehvler olur...

Bahar 2020-04-22 17:00:04

Prezident bilir ne edir - karantin zamani hami evde qalmali. Ora-bura mayin 4-den gedin ne isteyirsin eleyin. Allah hamini gorusun.

Şahsevər 2020-04-22 13:36:38

Öncə hansı iş təcrübəsi olub?

Mehdi 2020-04-22 13:21:16

Deyəsən bunu vəzifə çaşdırıb....Axi o vəzifə layiq vəzifədirki....Özləridə məəttəl qalirlar ki, görəsən bu mənəm yoxsa mən deyilem.

sakit 2020-04-22 09:38:14

Bu adam müxalifəti söydüyü üçün icra başcısı təyin olunmuşdür. Yaxşı priyomdur.

Son yazılar