“MƏNİ CİNAYƏTKAR ELAN ETMİŞDİLƏR, AMMA...” - Akif Çovdarovun azadlıqda ilk açıqlaması (+FOTOLAR)
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun azadlıqdakı görüntüsü yayılıb.
"Report"un əldə etdiyi foto ötən gün çəkilib.
Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan A.Çovdarov iki həftəlik karantin müddətindən sonra aprelin 21-də doğmalarına qovuşub. O, ötən gün vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovla görüşərək birgə foto çəkdirib.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.
Xatırladaq ki, A.Çovdarov Prezident İlham Əliyevin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub.
“Gununsesi.org” saytının əməkdaşı evində olan Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda ilk fotosunu əldə edib.
“Uzunmüddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” sualına Akif Çovdarov belə cavab verib: “Mən Cənab Prezidentə təşəkkür edirəm ki, azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”.
Şərhlər
metamorfoza
Bu qatı cinayətkar 6 aydan sonra öləcək, ona görədə buraxıblar
Əşşi daha halva iyi gəlir qulağının dibindən.Tökülür.nə qədər türmədə yaşayışı əla olsa da mənəvi cəhətcə çoxdan ölüb.
SS
Sənin əsl yerin həbsxana imiş.Dili açılıb e.
Allah her kese yolunu acsin. ....
Kimdir nedir hamiya melumdur? bir sey maraqlidir ki uzunde gozunde xal olan eslinde MTN ise qebul olunmamalidir! Bunu nece Eldar mAHMUDOV ISE GOTURURUB GOZUNDE NOQSANI OLA OLA? REIS EDIB! EVLER YIXIBLAR!
belə qatı cinayətkarı azadlıga necə buraxa bilərdilər,axı-demək o tək deyilmiş
Hanı... Görəsən sesi niyə cıxmır dili dodağini görən kim qurutdu binavanın? Gecə gündüz ağasının nökərindən betər yazırdı Akifdən Mahmudovdan shibini itirən imi donub caş qalıb deyəsən?Vaxtında deyirdik axi ay bədbəxt başın girməyən kola dalını niyə soxursan axı?