“Mühasirə xəbəri uydurulub” - Ərdoğan

"Türbəyə bir şey olacağı təqdirdə atacağımız addımlar da bəllidir"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada osmanlıların babası Süleyman şahın məqbərəsinin mühasirədə olması barədə iddialara cavab verdi.

ANS-in yerli mətbuata istinadən məlumatına görə, Ərdoğan bu iddiaların uydurulduğunu deyib.

“Süleyman şah türbəsinin mühasirədə olması barədə iddialar uydurulub. Türbəyə bir şey olacağı təqdirdə atacağımız addımlar da bəllidir. Təzkərəni (parlamentin sərhəddən kənar hərbi müdaxilə üçün verəcəyi qərar) dəstəkləyirəm. Türkiyə təhdid altındadır”.

Qeyd edək ki, baş nazirin müavini Bülent Arınc daha əvvəl İŞİD terrorçularının Süleyman şah türbəsinə yaxınlaşmaları barədə iddiaları təsdiq etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar