Obama Netanyahuya irad bildirdi

Ağ Evdə baş tutan görüşdə tərəflər İsrail-Fələstin münaqişəsinə dair müzakirələr aparıblar.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib. Ağ Evdə baş tutan görüşdə tərəflər İsrail-Fələstin münaqişəsinə dair müzakirələr aparıblar. Obama Netanyahuya bildirib ki, iki ölkə arasındakı status-kvo dəyişməlidir. Obama, həmçinin, Fələstinə edilən hücumlar barədə Netanyahuya iradını bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, İsrail təkcə öz vətəndaşlarının təhlükəsizliyini təmin etməklə qalmamalı, eyni zamanda, Fələstinli uşaqların öldürülməsinə də yol verməməlidir.

“İsrail vətəndaşlarının evlərində, uşaqların isə, məktəbdə özlərini təhlükəsiz hiss etmələri üçün status-kvonun dəyişdirilməsinə çalışmalıyıq. Həmçinin, Fələstinli uşaqların da öldürülməsi faciəsi ilə üzləşmək istəmirik”.

Netanyahu isə, öz növbəsində çıxışı zamanı İranın nüvə proqramı məsələsinə toxunub. Nazir qeyd edib ki, rəsmi Tehranın nüvə proqramına dair niyyətində əl çəkməməsi, və bununla belə, ona qarşı tədbiq olunan ağır sanksiyaların azaldılmasını tələb etməsi qəbuledilməzdir. Netanyahu Obamanın belə bir güzəştə gtməyəcəyinə ümid etdiyini də vurğulayıb.

Tərəflər arasında görüş İsrailin Fələstinin Qəzza zolağında Həmas qruplaşması üzvlərinə qarşı apardığı hərbi əməliyyatlardan sonra ilk olub.

50 günlük müharibədə 2100-dən çox fələstinli, 73 israilli ölmüşdü. /Associated Press

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar