Kobani ətrafında döyüşlər qızışır

Suriyanın Türkiyə ilə sərhəddəki Kobani şəhəri yaxınlığında İslam Dövləti (İD) yaraqlıları ilə kürd döyüşçüləri arasında döyüşlərin qızışması barədə məlumatlar gəlir.

Suriya İnsan Hüquqları Observatoriyası bildirir ki, İD yaraqlıları Kobaniyə yaxınlaşır. Bu şəhər Suriyanın şimalı ilə şimal-qərbini birləşdirən strateji yolun üstündədir.

Bu məlumatlar oktyabrın 2-də yayılıb. Bir gün öncə ABŞ-ın başçılıq etdiyi qüvvələr Kobanini mühasirəyə almış İD yaraqlılarına azı 5 hava zərbəsi endiriblər.

Sentyabrın ortalarından Kobani ətrafında döyüşlər gedir. İD yaraqlıları şəhəri tutmağa çalışır.

150 mindən çox kürd Türkiyəyə qaçıb.

Oktyabrın 1-də Observatoriya bildirib ki, İD yaraqlıları Kobani yaxınlığında üçü qadın olmaqla, 9 kürd döyüşçüsünü tutub və başını kəsib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar