“MƏNZİLLƏR GERİ ALINMALIDIR!...” – "Əli Həsənovun və həyat yoldaşının qohumlarına verilmiş evlər..."

Son zamanlar Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri, Prezidentin sabiq köməkçisi Əli Həsənov və KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyətinin araşdırılmasına dair çağırışlar çoxalıb.

“AzPolitika.info” xəbər verir ki, bu tələblə çıxış edənlərin sırasına Əməkdar jurnalist, professor Qafar Cəbiyev də qoşulub. O, saytlarda dərc olunan yazısında xüsusilə dövlət tərəfindən jurnalistlər üçün inşa edilən binalarda mənzillərin bölüşdürülməsi zamanı yol verilən qanunsuzluqlara, özbaşınalıqlara diqqəti çəkib. Sitat: “Nə özləri, nə də ətrafındakılar, necə deyərlər, artıq ayaqlarının altını belə görmürdülər. Görün, iş nə yerə çatmışdı ki, ölkə Prezidentinin xüsusi sərəncamları ilə bilavasitə jurnalistlər üçün tikilmiş binalardakı mənzilləri bölüşdürərkən ağlagəlməz dərəcədə özbaşınalıq etdilər. Bu minvalla da jurnalistikaya əsla aidiyyatı olmayan çoxsaylı təsadüfi insanlar mənzil aldılar. Beləliklə də jurnalistikamızda sözü, izi və yeri olmayan, yəni jurnalist kimi tanınmayan çoxsaylı insanlar sadəcə Əli Həsənovun, ona həyat yoldaşı Sona Vəliyevanın və Vüqar Səfərlinin qohumu, yaxın adamı və ya işçisi olduqlarına görə mənzil alanlar siyahısına düşdülər”.

Q.Cəbiyev qeyd edib ki, mənzil bölgüsü zamanı peşəkar jurnalistlər kənarda qoyularaq, Ə.Həsənov və V.Səfərliyə yaxın adamlara, qohum-əqrabalarına ev verilib: “Peşəkar jurnalistlər kənarda qaldı, amma Sona Vəliyevanın «yazmış» olduğu hansısa kitab haqqında hansısa saytda beş-on cümləlik tərifnamə yazanlara isə üç-dörd otaqlı mənzillər hədiyyə olundu. Bax, buna deyərlər hamam suyu ilə özünə dost tutanlar. Əfsuslar olsun ki, Əli Həsənov, Vüqar Səfərli və onların ətrafındakı vəzifəli şəxslərin iştirakı ilə törədilmiş belə haqsızlıqlar bir deyil, beş deyil. Geniş ictimaiyyət nümayəndələri və son vaxtlar bu məsələyə münasibət bildirmiş olan bəzi millət vəkilləri kimi mən də o fikirdəyəm ki, KİVDF-nin fəaliyyəti hərtərəfli və dərindən araşdırılmalı və günahkarlar mütləq şəkildə cəzalandırılmalıdırlar.”

“AzPolitika.info”

635x100

Şərhlər

Azad 2020-04-27 11:06:48

Dünyada elə müəmmalı proseslər gedir ki nəinki Əli çox haram yeyənlərin, özgələrin payını yeyənlərin sonu ola bilər

Oxucu 2020-04-26 22:20:52

Yoxlanılsa hətta neçə illərdir ki köçüb Azərbaycandan gedən vaxtilə jurnalist olmuş adamlara da ev verilib.

Vətəndust 2020-04-26 15:41:32

Niyə düz yazmırsınız? Birincisi Əli Həsənovu o pillələrə otutdub, ona etdiklərinə göz yuman birincilərfən cavab tələb olunmalıdır. ...... İnsanların cibinı girənləru, dövlətin milyonlarını ogurlayanları vızifədın çlxarlrlar ki guya cəza verdilər. Bəs xalüa, insana, ölkəyı dəyə ziyanı kim pdəməlidir.

turan 2020-04-26 15:18:14

25 ildir danışanda dövlətçilikdən,qanundan danışırdı,amma görün nə qanunsuzluqlar edib bu adam....

Zahid 2020-04-26 14:10:27

İkinci binadakı binaların çoxu əsl sahiblərinə qaytarılmalıdlr

Fərrux 2020-04-26 09:50:53

Biz ne vaxta qeder gemi batandan sonra onun xilası haqqında düşünəəyik?

Seyid Ənju 2020-04-25 23:56:29

SƏN AlÇALDIQCA MİLLƏTİN ÜRƏYİNDƏN TİKAN ÇIXIR. ALLAH SƏNİ SON HƏDDƏ QƏDƏR ALÇALTSIN VƏ ...

Aqa 2020-04-25 21:34:43

Təkcə evlərlə iş bitməməlidir bütün oqurladıqları ğeri alınmalı özləri layiqli CƏZALARINI ALMALIDIRLAR.

Hilal 2020-04-25 20:05:48

Əli Həsənov .....

Oxucu 2020-04-25 20:02:01

Burada qəribə nə var? Bakı şəhər İcra Hakimiyyətinin balansında olan Buzovna qəsəbəsi R.Axundov küçəsi 2-də yerləşən yataqxanada bir nəfər də olsun bu təşkilatda işləyən adam yaşamır. Bütün otaqları kənar şəxslərə satıblar.

t.ədalət 2020-04-25 18:25:55

Dostumuz Rəşid Faxralı da Sona Vəliyevanın kitabına giriş sözü yazdığına görə mənzil aldı.

Profesora,Qaçqın Sədası 2020-04-25 16:54:22

Qarabağı da geri alıb, onları həmin rayonlara paylamaq faydalı olardı?

Mustafaoğlu 2020-04-25 16:28:25

Nə üçün vəzifədə olanda onun buraxdığı cinayət xarakterli iş fəaliyyəti haqqında aidiyyatı qurumun rəhbərləri cənab Prezidentimizə məlumat verməyiblər ? Görünür vəzifə tutan səlahiyyətli şəxslər vaxtında tədbir görməyirlər və qanunsuzluqlar ayaq tutur yeriyir...Vəzifələrindən sui-istifadə edənlərin iş fəaliyətləri araşdırılmalı və onlar haqqında qanuni tədbirlər görülməli və görülmüş tədbirlərdən başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər. Qaffar müəllimi çox yaxşı tanıyıram, o dövlətimizi və xalqımızı qəlbən sevən Azərbaycanımızın dəyərli ziyalısıdır.

kasıb 2020-04-25 15:08:36

Bu ... dövləti xalqı necə lazımdır atıblar. Yəqin ki neftin qiyməti düşür vaxtı çatır onları cızalandırıb atdıqlarını qusdurmağın.

t.ədalət 2020-04-25 14:53:16

Təkcə evlər yox,həm də jurnalistlərə rüqşvətlə verilmiş "əməkdar" adları ləğv edilməlidir.Sona xanımın yazdığı yağış haqqındakı şeiri,guya təbii duymaq üçün başını hətta yağışın altında tutmuş Cahangir müəllimə də demək lazımdır ki,qoca kişisən,bir də belə eləmə xəstələnərsən..

Son yazılar