Səfir “Financial Times” qəzetinə cavab məktubu yazıb

Oktyabrın 2-də AzərTAc Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin “Financial Times” qəzetinə cavab məktubu ilə bağlı məlumat yayıb.

Qeyd olunur ki, bu günlərdə “Financial Times” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilib. Məqalədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan bəzi məqamlar yer alıb. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin həmin yazıya cavab məktubu yazıb. Qəzetdə dərc olunan cavab məktubunda deyilir ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın “mübahisəli ərazi” adlandırılması həqiqətə uyğun deyil: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və hazırda 7 ətraf rayonu ilə birgə Ermənistanın işğalı altındadır. Bu fakt hər zaman nəzərə alınmalıdır və həqiqətdən yayınmaq olmaz”.

Səfir bildirib ki, Dağlıq Qarabağda beynəlxalq legitimliyi olmayan işğalçı separatçı rejim fəaliyyət göstərir və nəticədə yüz minlərlə azərbaycanlı yurd-yuvalarından didərgin salınıb: “Bu ərazini “mübahisəli ərazi” adlandırmaq legitimlik qazanmağa cəhd edən separatçıların xülyasıdır və onlar əzəli torpaqlarımızda etnik təmizləmə siyasəti aparırlar”.

Diplomat məktubunun sonunda qəzetin ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələsinə hər zaman həssaslıqla yanaşdığından xəbərdar olduğunu ifadə edir və mətbuat qurumunu Azərbaycan da daxil olmaqla bütün hallarda eyni həssaslığı göstərməyə səsləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar