Azərbaycanda IV Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

Bu gün Azərbaycan paytaxtında IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

APA-nın məlumatına görə, Forumda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərdən ibarət nümayəndə heyətləri iştirak edir.

Forumda Azərbaycan prezidenti İlham Əliyev çıxış edəcək. Daha sonra Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına təbriki oxunacaq. BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, İSESCO-nun direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edəcəklər. Daha sonra panellər təşkil ediləcək. Panellərdə Estoniyanın keçmiş prezidenti Arnel Rütel, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Litvanın sabiq dövlət başçısı Vitautas Landsbergis, İtaliyanın keçmiş baş naziri Enriko Letta çıxış edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar