Biləsuvarda xəzinə tapıldı - Video

Rayonda 200 ildən çox tarixi olan kitablar qorunur

Biləsuvar rayonunda 200 ildən çox tarixi olan dini və tarixi-fəlsəfi mövzulardan bəhs edən kitablar qorunur.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, kitablar rayonun Bəydili kəndində yaşayan Məmmədovlar ailəsində saxlanılır.

Müxtəlif ölçülərdə olan qədim kitabların ümümi sayı 50-yə çatır. Ailə başçısı Kamal Məmmədovun sözlərinə görə, bu kitablar ona babası Mirzə Cəfərdən qalıb. Müxtəlif tarixi mənbələrdə Mirzə Cəfər Lənkaraninin üləma dini rütbəli tanınmış din xadimi olmasına rast gəlinir.

25 il İraqın Nəcəf şəhərində dini təhsil alan Mirzə Cəfər elə bu kitabları da təhsil aldığı müddətdə əldə edib. Daha sonra isə doğulduğu Lerik rayonunun Kəlvəc kəndinə qayıdan din alimi, orada geniş marifçilik işilə məşğul olmağa başlayır.

Qeyd edək ki, 1804-1890-cı illər arasında yaşayan Mirzə Cəfər Lənkərani dünyasın dəyişdikdən sonra onun kitabları qoruyub saxlanması haqqında yazıb.

30-cu illərdə İranla sərhədyanı ərazilərdə yaşayan bir çox sakinlər kimi Məmmədovlar ailəsi də Lerik rayonun Kəlvəc kəndindən Biləsuvar rayonuna küçürülür. Lakin bu zaman ailə bu kitabları da qiymətli əşya kimi özlərilə götürməyi unutmurlar.

Sovet imperiyasının Ateizim ideologiyasının hökmüranlıq etdiyi dövrdə ailə bu qiymıtli kitabları müxtəlif çətinliklərlə gizlincə qoruyub saxlaya bilib. Dəfələrlə müxtəlif şəxslər kitabları yüksək məbləğli pul müqabilində almaq istəsələr də, ailə təklifi qəbul etməyib. Hazırda isə müxtəlif tarixi və dini sirləri özündə saxlayan 50 dən yüxarı kitabın ciddi təqiq olunmasına ehtiyac var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar