"VƏZİYYƏT GƏRGİNDİR, MÜRƏKKƏBDİR... " - "Heç kimdən heç nəyi gizlətmirik"

"Azərbaycan əhalisi, iş adamları hökumətin, o cümlədən Mərkəzi Bankın (AMB) atdığı addımlardan anlamalıdır ki, biz bu qeyri-adi böhranın qarşısından geri çəkilmirik"."Report" xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Azərbaycanı istəməyən qüvvələr bədbin proqnozlar verirlər, arzu etdiklərini həqiqət kimi təqdim edirlər. Amma bu, onların dedikləridir, həqiqət deyil. Biz heç kimdən heç nəyi gizlətmirik. Reallıq nədirsə, onu Azərbaycan vətəndaşlarına deyirik. Vəziyyət gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir, amma onu idarə edirik və bundan sonra da idarə etmək fikrindəyik", - baş bankir qeyd edib.  

Elman Rüstəmov deyib ki, Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar fonunda ölkədəki makroiqtisadi vəziyyətə tam nəzarət edir, bütün mümkün ssenariləri proqnozlaşdırır, atılacaq addımları planlaşdırır: 

"Təbii ki, bizim müxtəlif ssenarilərdə hərəkət planlarımız, bütövlükdə dövlət resursları ilə manevr etmək imkanlarımız olmalıdır və bunun hər ikisi mövcuddur. Ona görə də hesab edirəm ki, makroiqtisadi vəziyyəti idarə edə bilirik", - o qeyd edib.

E.Rüstəmovun sözlərinə görə, Prezident İlham Əliyevin yanında keçirilmiş I rübün yekunlarına dair müşavirədən sonra xarici mühit bir qədər mürəkkəbləşib: "Neft qiymətlərində indiyə qədər görünməmiş dalğalanmalar müşahidə edilir, əmtəə birjaları ilə yanaşı, fond birjalarında da kəskin hərəkətlər var, aparıcı dövlətlər dəyəri trilyon ABŞ dolları ilə ölçülən dəstək proqramları reallaşdırır, böyük işsizlik səviyyəsi, bədbin iqtisadi proqnozlar var. Bunlar təbii ki, bizə təsir göstərir, çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Son 25 ildə dünyaya çox ciddi inteqrasiya olunmuşuq, bununla yanaşı, vəziyyəti nəzarətdə saxlamağa nail olmuşuq.

Bu gün ölkədə illik inflyasiya çox aşağı səviyyədə - cəmi 3%-dir. Milli valyutanın məzənnəsinə çox ciddi spekulyativ hücum oldu, lakin bu hücumun qarşısını aldıq və valyuta bazarında vəziyyət sabitləşib. Bu gün biz üzvü, səhmdarı olduğumuz beynəlxalq təşkilatlarla məsələhətləşirik, onlar Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Bu həm Dünya Bankına, həm də Beynəlxalq Valyuta Fonduna aiddir. Azərbaycanın böyük valyuta ehtiyatları və aşağı xarici borcu imkan verir ki, biz çox ciddi manevrlər edək". 

635x100

Şərhlər

Vaqif 2020-05-29 21:36:09

manatının çapı üçün otkatı niyə gizlətmisiniz?

ADİL 2020-05-07 22:01:22

Vəziyyəti kim mürəkkəbləşdorob? Rüstəçov,yoxsa Fatmanisə xanım?

Ümid 2020-05-01 10:52:11

Devalvasiyannın anonsunu verir. Bunların fikri manatı tədricən adi kağıza döndərməkdir. Manat nə qədər qiymətsiz olsa bunlara sərfəlidir. Manatın ən güclü vaxtı milıyardlarla krediti götürüb biznesə ofşor banklara yatırıblar. İndi də cüzi summa ilə milyardların dalına keçəcəklər. Bax buna görə çalışırlar manatı öldürməyə

Kasıb 2020-04-30 22:09:03

Guya sizə inanan varki?

Eli 2020-04-30 13:40:20

Öikr iqtisadiyyatnı yaman güne qouanlar müksfatlandırıöır indi de iqtisadiyyatı veribler qarovul

Eli 2020-04-30 13:02:58

Ölke iqtisadiyyatı tapşırılıb qarovulçulara Allah axırını xeyır elesinİqtısadiyyatı çökdürenler mükafatlandırılır bir azdan tekrar vezifeye getirilecekler qalanları talamaq üçün

Pasha 2020-04-30 04:19:09

Real iqtisadiyyatın yəni istehsal sahələrinin fəaliyyəti göz qabağındadır. Heç bir iqtisadi semeresi olmayan xerclerin xəzinəyə yaratdığı yükün məsuliyyətindən danışmadan hansı manevrlərdən, hansı nəzarət tədbirlərindən danışırsan. Kritik vəziyyətin ən son mərhələsində səni və sənin kimiləri heç tapmaq mümkün olmayacaq.

Mister X 2020-04-29 03:00:02

Yalana son.talana son

Alı 2020-04-29 01:55:58

bir 100 faizlik devalvasiya təşkil edin talamış milyardların maliyə maxinasiyalarının üstünü bir az da ört basdır edin işlər asanlaşacaq

t.ədalət 2020-04-28 22:28:29

Ölkənin iqtisadiyyatı təcrübəsi və səriştəsi olan birinə tapşırılmalıdır.Hazırda biz ölkənin iqtisadi vəziyyəti ilə əlaqədar,narahat olan və onu yönəltməyə çalışan yeganə şəxs o

Son yazılar