"Türkiyə ilə birgə təlimlər Ermənistanı çaşqın vəziyyətə salıb" - Üzeyir Cəfərov

Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərin gücləndirilməsi, milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyətə malik obyektlərin dislokasiyası və təyinatı kimi məsələlərin həllini nəzərdə tutan bu sərəncamın verilməsi çox mühümdür.

Bunu SalamNews-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanın Silahlı Qüvvələrinin Ermənistanın Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamı şərh edərkən deyib.

Hərbi ekspert qeyd edib ki, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, o cümlədən dövlət sirri təşkil edən məlumatların KİV-də və sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədi ilə verilən bu qərar Ermənistan tərəfi üçün gözlənilməz olub:"Bədnam qonşularımız artıq çaşqın vəziyyətdədirlər. Vaxtilə aləmi cənginə almış hərbi məlumatları gündəlik saytlarımızdan əldə edən erməni mediası indi əməlli-başlı məlumat qıtlığı hiss edir. Əvvəllər hiss etdiyimiz çoxlu boşluqlar, hərbi və dövlət sirri sayılan bəzi xəbərlər artıq aradan götürülməkdədir. KİV-də cavabdehlik daşıyan şəxslər ölkəmiz üçün həyatı əhəmiyyətə malik bu sahəyə diqqəti daha da artırıblar. Yəqin ki, yaxın 2-3 ay ərzində qəbul ediləcək digər normativ sənədlər də hərbi-siyası məlumatların sayının minimuma endirilməsinə səbəb olacaq".

Ü.Cəfərov bildirib ki, sərəncamın vurduğu zərbəni yaxşı hiss edən düşmən mediası Silahlı Qüvvələrimizin günü-gündən təcrübə toplayan şəxsi heyəti barəsində öz daxili auditoriyasına hesablanmış yalan və uydurma yazılar dərc etməyə çalışırlar: "Bir vaxtlar Azərbaycanın çörəyini yeyən, Gəncədə doğulan Levon Melik-Şaxnazaryan soyadlı jurnalist və ətrafı Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini "şərh" edərək, əhəmiyyətini aşağı salmağa uğursuz cəhdlər edirlər. Düşünürəm ki, bu sərəncamdan sonra erməni mətbuatında ölkəmizin milli təhlükəsizlik məsələləri ilə bağlı heç bir məlumat tapmaq mümkün olmayacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar