"Azərbaycanda heç vaxt dini və milli zəmində qarşıdurma olmayıb" - İlham Əliyev

Ilham Aliyev sefer 090512Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb və müstəqillik dövründə bu müsbət meyillər daha da güclənib.

Bu fikirləri Prezident İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində deyib:

"Azərbaycanda yaşayan bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, bir ailə kimi yaşayır. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir".

Ölkə başçısı bildirib ki, hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə faktor müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, iqlim və həmrəylik duyğuları. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə öz müsbət töhfəmizi veririk.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar