"BU ADAMLARIN LƏĞV EDİLMİŞ BANKLARDAKI PULLARI BATACAQ" - “Təəssüf edirəm..."

Lisenziyaları ləğv edilmiş "AtaBank" və "Amrahbank"da iş adamlarının cari hesablarında olan vəsaitləri bata bilər.

Marja.az-ın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, sahibkarların üzləşdikləri vəziyyətə görə təəssüf hissi keçirir:“Təəssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytaracaq. Sonra qanunvericiliyə əsasən növbəlilik var. Əgər vəsait olacaqsa, onlara da növbəlilik prinsipi ilə vəsaitləri ödəniləcək”.

Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib ki, "Amrah Bank"da apardığımız yoxlamalar göstərdi ki, bu bankda da "Atabank"da olduğu kimi ciddi kapital çatışmazlığı var.

"Amrah Bank"ın rəhbərliyinə əlavə vaxt verilmişdi. Biz onlara bildirdik ki, əlavə maliyyələşmə üçün imkanlar var. Onlar da buna razı olmadıqlarını dedikdən sonra biz bu qərarı verdik. AMB hansısa bankın bağlanmağında maraqlı deyil. Bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə edildi və həmin bankları sağaltmaq mümkün olmadığı üçün "cərrahiyyə əməliyyatı aparıldı", - deyə o, qeyd edib.

AMB sədri "Amrah Bank"ın əməkdaşlarının ötəngünki etirazlarına da münasibət bildirib və etirazın emosional xarakter daşıdığını deyib: "Amrah Bank"ın işçilərinin maaşının ödənilməsinə göstəriş vermişəm.Dorğudur, onlar öz iş yerlərini itiriblər, amma düşünürəm ki, bank sektoru ordan ixtisaslı kadrları cəlb edəcək".

635x100

Şərhlər

x 2020-07-16 19:02:40

sənin və Dövlətin işi monopoliyadan uzaq, rəqabət prinsipi ilə formalaşan , kimlərinsə bankına şəait yaratmadan bir maliyyə-bank sektoru formalaşdırmaq idi. Respublika bankı, Səba toyuqları ilə məşğul olmaq yox...

vaqif 2020-06-04 17:02:03

borc qoturan borcunu qaytarmalidir bankin baglanmasinin bura daxli yoxdu

Aqahüseyin Aqayev 2020-05-06 07:47:55

Mənim 73-yaşım var SOVETDƏN sonra SALAMAT banğ işcisi ğörmədim.ELƏ bil bütün dünyanın DƏLƏDUZLARINI banğa yıqıblar.TƏMİZLƏRİ də onların oduna yanır.

Pulsuz 2020-05-02 22:00:39

Siz milləti atmağı zor bacarırsınız. Bunun bir sonu olacaqmı? Və sual.Bəso bankdan 1000-10000 arası kredit götürən kasıb insanlara da o kreditlər bağışlanacaqmı? Yoxsa onlardan o borc tələb olunacaq? Olunacaqsa daha sizə sözüm yoxdur.

Son yazılar