Təhsil Nazirliyindən “müəllimlər günü” ilə bağlı xəbərdarlıq

“O direktor dərhal işdən çıxarılacaq”

Təhsil Nazirliyi “müəllimlər günü” ilə əlaqədar sərt xəbərdarlıq edib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehli şəxsi Feysbuk hesabında bununla bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir:

“Hörmətli dostlar! Bugünlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı qaynar xəttimizə məlumat verilərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Təhsil həm də cəmiyyətin işidir!”.

Qeyd edək ki, oktyabrın 5-i “Müəllimlər günü”dür. Hər il bu gün ilə əlaqədar məktəblərdə şagirdlərdən pul yığılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar