Azərbaycan və Türkiyənin ortaq təlimləri başa çatdı - Video

Qardaş ölkədən gələn 100-ə yaxın yüksək rütbəli hərbçi geri qayıdır.

Türkiyə Hərbi Hava Qüvvələri ilə Azərbaycan şahinlərinin birgə hərbi təlimləri sona çatdı.

ANS TV-nin Qarabağ bürosundan verilən məlumatına görə, təlimlərdə iştirak etmək üçün qardaş ölkədən gələn 100-ə yaxın yüksək rütbəli hərbçi bu saatlarda geri qayıdır.

Bir aya yaxındır ki, davam edən təlimlərin ötən gün həlledici mərhələsi olub. Azərbaycan və Türk pilotları “MİG-29”, “SU-25” və “F-16”larda döyüş zolağında bomba-raket və top atışları etdi. Bundan əvvəl isə Azərbaycan şahiləri ilk dəfə “F-16” qırıcısında səmaya qalxıblar. Təlim müddətində Azərbaycan və Türkiyə şahinləri birgə aviaşou nümayiş etdiriblər.

Bu təlimin davam etdirilməsinə qərar verilib. Belə ki, Hərbi Hava Qüvvələrinin növbəti görüşü mart ayında Türkiyədə planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar