İraq əsgərlərindən inanılmaz səhv - Yardımı İŞİD-ə verdilər

İraq Hərbi-Hava Qüvvələrinin pilotları inanılmaz səhvə yol verib.

Belə ki, İraq Hərbi-Hava Qüvvələrinin pilotları öz əsgərləri üçün apardıqları yardımı “İslam Dövləti”nin (İŞİD) üzvlərinə verib. Virtualaz.org NBC-yə istinadən xəbər verir ki, bu sensasion iddia ilə İraq parlamentinin üzvü Hakim əz-Zamili çıxış edib.

H.əz-Zamili bildirib ki, bəzi pilotlar İraq əsgərlərinə aparılan qida, su və digər ehtiyac vasitələrini səhvən İŞİD üzvlərinə verib.

Parlament üzvü bunu pilotların təcrübəsizliyi ilə əlaqələndirib: “Təcrübəsiz iraqlı komandirlərin cızdığı planla yardım yanlış ünvana çatdırılıb”.

İraqın müdafiə naziri hadisəni təsdiqləyib. Nazir pilotların gənc və yeni olduğunu söyləyərək hadisənin sentyabrın 19-da baş verdiyini deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar