Sabah İlham Mirzəyevin şahidləri məhkəmədə ifadə verəcək

Ilham“Dünən Nərimanov Rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə baş tutan məhkəmə iclasında 3 nəfər zərərçəkmiş dindirildi.

Onlar “İlhaMed” klinikasında müalicə alan pasientlər idi”. Bu haqda Modern.az-a açıqlamasında teleaparıcının vəkili Xanlar Bayramzadə məlumat verib. Onun sözlərinə görə, sabah məhkəmə iclası yenidən davam etdiriləcək. “Sabahkı iclasda İlham Mirzəyevin şahidləri dindiriləcək”.

Vəkil İlham Mirzəyevin səhhətinin pis olmadığını da söyləyib. “Səhhətində problemləri olsa da, ümumi vəziyyəti yaxşıdır”. "Məhkəmədə ailə üzvlərindən iştirak edən olubmu” sualına cavab olaraq X.Bayramzadə bildirib ki, baş tutan məhkəmələrin hamısı qapalı keçirilir, ailə üzvləri də daxil olmaqla kənar şəxslər iclasa buraxılmır”.

“İlham Mirzəyev 178-ci maddə ilə özünü təqsirli saymır. O, etiraf edib ki, həmin şəxslər həqiqətən də onun klinikasının pasienti olublar, pul ödəyib müalicə alıblar. Əgər xəstə müalicə alıb, nəticə görübsə, həkim dələduz sayıla bilməz”.

Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılıb. İş üzrə ibtidai istintaq yekunlaşıb. Hazırda işə məhkəmədə baxılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar