Ən yaxşı 200 universitetin adı açıqlanıb - Siyahı

Dünyanın nüfuzlu elm və təhsil mərkəzlərindən olan “Times Higher Education” 200 ən yaxsı universitetin adını açıqlayıb. “Media forum” saytı xəbər verir ki, reytinqin ilk sırasında Kaliforniya Texnologiya İnstitutu yer alır.

Harvard Universiteti ikinci, Oksford Universiteti üçüncüdür.

200 ən yaxşı təhsil ocağı arasında ABŞ-ın 74, Böyük Britaniyanın 29, Almaniyanın 12 universiteti var.

Siyahıya keçmiş SSRİ məkanının ən yaxşı təhsil müəssisələrindən sayılan Moskva Dövlət Universitetinin adı düşüb. Bu universitet 196-cı yerdə qərar tutub.

Siyahıda Asiya qitəsinin 24 universitetinin adı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar