DTX ƏMƏLİYYATÇILARI İMİŞLİ İCRA HAKİMİYYƏTİNDƏ! - İcra başçısı və müavinləri saxlanılıb + FOTO (Yenilənir)

Bu gün DTX tərəfindən İmişli Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı rayon icra başçısı Vilyam Hacıyevlə yanaşı, bir neçə vəzifəli şəxs də saxlanılıb.

"BakuPost” xəbər verir ki, saxlanılanlar arasında icra başçısının birinci müavini Səfa Ağayev, Başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq Şöbəsinin müdiri Rahim Zaidov, rayonun maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri saxlanılıb.

Bu şəxslərin hansının şübhəli şəxs qismində Bakıya gətirliməsi dəqiq bilinmir. Hazırda onların ifadələri alınır. Bundan əlavə, icra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.


***

Bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olublar. "AzPolitika.info" xəbər verir ki, bu barədə çoxsaylı mənbələr məlumat verir. 

Xəbər verilir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetndə axtarış aparırlar.

Uzun illərdir ki, İmişli rayon İH-in başçısı Vilyam Hacıyevdir.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq "musavat.com" saytı yayıb.

Əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Samir 2020-05-07 14:39:24

Hormetli DTX Resmilerinden Cox xahish edirik zehmet olmasa Pirallahiya gelin.

Şəkidən 2020-05-05 21:23:35

Xahiş edirik yolunuzu Şəkiyə salın ?????

Cəmşid Dərələyəzli 2020-05-05 15:50:40

Pirallahının başçısı Vasif İmanov və onun qolbəyiləri olan və 2016 cı ildə ölüm hadisəsinin də səbəbkarları olan Manaf Manafovun və Həsən Niftəliyevin də götürülmələrini qeyrətli DTX xahiş edirik. Bütün rayon bu adamların əlindən boğaza yığılıb artıq.

Son yazılar