ABŞ FTB-sinin Türkiyəyə hücum təşkil etdiyi üzə çıxdı

Amerikadan "Daily Dot" adlı internet saytında ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) aralarında Türkiyənin də olduğu 30 ölkəyə kiberhücum təşkil etdiyi irəli sürüldü.

Avropa.info xəbər verir ki, xəbərdə həmçinin, hücumları təşkil edən FTB-nin türk haker qrupu Redhack ilə birlikdə çalışdığı da qeyd olunub.

İddiaya görə, FTB 2012-ci ildə aralarında Türkiyə, İngiltərə, Avstraliya, Braziliya və İranın da olduğu 30 ölkəyə kiberhücum təşkil edib.

Sözügedən kiberhücumların "sapı" kod adlı FTB müxbirinin direktivləri əsasında həyata keçirildiyi önə sürülür. Açıqlanan sənədlərə görə, müxbir türk haker qrupu Redhack ilə əməkdaşlıq edərək Türkiyədə dövlətə məxsus internet saytlarını "sındırıb". Müxbirin Türkiyədəki haker dostlarından həmin saytları hack edərək bölücü proqramlardan gizli məlumatları götürməsini istədiyi bildirilir. "Sındırılan" saytların "yüksək prioritetli" saytlar olduğuna diqqət çəkilir.

Kiberhücumların məqsədinin isə hədəf alınan ölkələrin liderlərinin əlaqələrini izləmək və onlar haqqında məlumatlar toplamaq olduğu ifadə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar