İŞİD haqqında serial çəkildi - Video

İslam Dövləti qruplaşmasından qorxmaqdansa, onlara gülün - İraq televiziyasında göstərilən və internetdə geniş yayılan komediyanın mesajı belədir.

İndiyə qədər belə bir "cihadçı video" olmayıb. Bir qrup ağlını itirmiş İslam Dövləti döyüşçüsü oturub; qrupun lideri Əbu Bəkr əl-Bağdadi əlində qamçılarla coşqunluqla dirijorluq edir, onlar isə mahnı oxuyur. Gənc kişilərin saqqalları var, onlar silahlarını ora-bura yelləyirlər.

"Siqaret çəkməyi qadağan etdik, xristianları sürgün etdik", onlar oxuyur. "Nikahdankənar seksi qadağan etdik, amma cihadçı döyüşçülərlə olar".

Hər nəqarətin sonunda onlar cəlladı çağırırlar ki, onlara qoşulsun.

Təbii ki, bu, İslam Dövləti qruplaşmasının özünün internetdə yaydığı narahatedici videolardan deyil. Mahnı, cihadçı qrupa lağ edən Dawlat al-Khurafa ("Mif Dövləti") komediya seriyasının melodiyasıdır.

Serial İD döyüşçülərinin idarə etdiyi problemli ölkə haqqındadır. Birinci epizod şənbə günü İraqın əsas telekanallarından biri olan əl-İraqiyyə kanalında yayımlanıb. Mahnı isə İraqda internet hitə çevrilib. Video YouTube-da artıq 200 000 dəfədən çox izlənilib.

Serial 30 epizoddan ibarətdir. Onun ssenarisini Bağdadda yaşayan Thaer al-Hasnawi yazıb. O deyir ki, sosial mediada çox fəal olan İD informasiya müharibəsində irəlidədir və İraq xalqı cihadçı qrupun ölkədə zəbt etdiyi geniş ərazilərə görə çox narahatdır.

Buna görə də o, ölkəni bürümüş bu qorxunu azaltmaq üçün yumordan istifadə etmək qərarına gəlib.

Xəbəri #BBCtrending üçün BBC müxbiri Mai Noman hazırlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar