"DÖVLƏTİN BANKLARI XİLAS ETMƏK VƏZİFƏSİ YOXDUR" - "Qanunvericilik və ənənə belədir"

"Azərbaycan Mərkəzi Bankının (AMB) və ümumilikdə dövlətin hər hansı banka qeyri-obyektiv münasibəti yoxdur". "Report" xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində deyib.

"Dövlət banklara lisenziya verib, onların inkişafı üçün hər cür şərait yaradıb. Təkcə XXI əsrdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, bank sektoru da buna uyğun olaraq qazanmalı, böyüməli və kapitallaşmalı idi. Bəzi banklar bu imkandan istifadə ediblər və bu gün ayaq üstə möhkəm durublar, bəziləri isə bunu etməyiblər. Bu gün bağlanan bankların sahibləri heç kimi günahlandırmalı deyil, problemi özlərində axtarmalıdır.

Bu gün bəzi ekspertlər danışanda mən təəccüblənirəm, çünki onlar peşəkardır, bank qanunvericiliyini bilirlər, amma deyirlər ki, dövlət bankları xilas etməlidir. Dövlətin belə bir vəzifəsi yoxdur. Dövlət yalnız əmanətçilər qarşısında götürdüyü öhdəliyə əməl edə bilər. Bunun üçün əmanətlərin sığortalanması ilə bağlı mexanizm var və banklar kollektiv şəkildə birləşərək dolayısı ilə əmanətçilərin pulunu qaytarmalıdır. Məlum 4 bankın əmanətçiləri ilə bağlı məsuliyyət bundan sonra bazarda qalmış 26 bankın üzərinə düşür. Problemlə üzləşmiş banklar sistem əhəmiyyətli banklar da deyil ki, dövlət onları xalis etsin. Onların bazar payı ayrı-ayrılıqda 1%-ə çatmır, ümumilikdə 3%-dir, hamısı özəl banklardır. Dövlətin məsuliyyəti yalmız dövlət bankı üçün ola bilər, o da bankda dövlət payı çox olanda. Qanunvericilik və ənənə belədir.

Ötən il problemli kreditlərlə bağlı Azərbaycanda dünyada nümunəsi olmayan bir addım atıldı. Bu yolla həmin özəl banklara çox böyük yardım göstərildi. Bundan artıq dövlətin edə biləcəyi bir şey yoxdur", - deyə o, qeyd edib. 

635x100

Şərhlər

Aqil Vəlizadə 2020-07-16 15:50:29

Mərkəzi bamk niyə rayonlarda filiallar açıb millti möhtəkir bankların soyğunçuluğundan xilas etmək düşünmür?ıj

vətənDAŞ MB və NFna 2020-06-27 15:01:00

Dövlətin dollarını, qızıl ehtiyatını artırın, ölkədən buraxmayın. Bazarı "özəl"lər təmin etsin.

Vətəndaş 2020-05-10 19:55:24

Azərbaycanda demək olar ki,banklar sistemsiz və kiminsə razılığı və göstərişi ilə işləyir.Milləti isə hesaba alan tapılmır.İndiyə qədər heç kim maraqlanmır ki, niyə Mərkəzi bank (Milli bank) öz bank filiallarını bağlayıb və milləti qoyub inhisarçı kommersiya banklarına möhtac.Bir diqqət edin,Milli bank Kommersiya banklarına 4-5 faizlə pul buraxır, vətəndaşı məcbur edir Kommerdiya banklarından 18-25.faizi ilə kredit götürsün.Bu fərq isə Kommersiya banklarının cibinə gedir.Bəs millət qarçı belə münasibətin səbəbi nədir? Bunu araşdıran niyə olmayıb? Bir məmləkət daxilində onun hökuməti,Milli bankı niyə vətəndaşlarını soymaq üçün variant axtarmalıdır? Olmazmı ki,Milli bank öz filiallarını aça və həmin 4-5 faizlə millətə kredit verə? Buna səbəb nədir ki, millət əziyyət çəkir.fırıdqçılara əmək haqqından ödəməli.kiməsə borclu qalmalıdırijxmv

Cəmşid Dərələyəzli 2020-05-07 17:29:19

Dünən Mərkəzi Bankın sədrinin bir müsahibəsi diqqətimi çəkdi. Cənab Elman Rütsəmov ölkənin pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi yönündə, ölkənin pul bazarına rəhbərlik edən və onu yönləndirən kişidi. Amma ləğv olunan banklardan fonunda o qədər biganə və laqeyid söhbət aparırdı ki, sanki bu bankların bağlanılmasının nə xalqa, nə dövlətə heç bir zərəri olmayıb və bu bankların bağlanılmasında da dövlət, o cümlədən də Mərkəzi Bank heç bir məsuliyyət daşımır və bu belə də olmalıdır. Hansı ki, bağlanan bankların bəzisinin 25 ildən artıq yaşı vardı və bu banklar ölkənin maliyyə pul bazarında kifayət qədər yaxından (onu da qeyd edim ki, bağlanıan bankların heç biri ilə yaxından -uzaqdan əlaqəm olmayıb) iştirak etmişlər. Mən daha derindən bu məsələni incələmək də istəmirm. Amma bir onu bilirəm ki, indi o bankların lisenziyalarının ləğvinin ne yeri, ne de zamanı idi. Hələki də Pandemiyanın dünyanı cənginə aldığı bir vaxtda, Azərbaycanın neftdən asılılığı və neftin qiymətinin kəskin düşməsindən devalivasiya və infliyasiya təhlükəsinin olduğu bir vaxtda. Onsuz da Azərbaycan əhalisinin Ölkə banklarına inamı kövrəkdir və bu nədən də insanlar mövcud təhlükədən dolayı da banklardan əmanətlərini geri çəkməyə başlayıblar belə. İkincisi ölkə inkişafda etməkdə olan bir ölkədir və biz hələ keçid dövrünü yaşayırıq. Belə bir vəziyyətdə dövlət, yəni Mərkəzi Bank nə qədər özəl olsalar da belə, ölkənin və millətin maraqlarında önəmli rolu olan qurumlara qarşı bu qədər də biganə ola bilməz. Əgər zamanında o Banklar doğurdan da Bank haqqında qanunları pozurdularsa, əldə olunan deopozit məbləğləri təyinatından kənar xərcləyib, özlərinə iri holdinqlər, bahalı əmlaklar alırdılarsa bəs onda bundan öncə Sizin də xeyir duanızla yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası hara baxırdı. Onun ki funksyası bir başa bankların fəaliyyətinə nəzarət etmək idi (əslində bankları batırmaq oldu). Hər halda Elman müəllim bütün bunların fonunda, onu da bilməmiş deyil ki, bu gün Ölkə Başçısının Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoymuş olduğuğu hədəflərin yolu, həm də ölkə Banklarının rəqabət mühitindən keçir, yox ki, onların daha da inhisarlaşmasından.

hiss 2020-05-07 13:53:19

Dövlətin məsuliyyəti yalmız dövlət bankı üçün ola bilər, o da bankda dövlət payı çox olanda. Qanunvericilik və ənənə belədir.

Mahir Əliyev 2020-05-07 10:07:47

Bəs bank kötürülən 4649 dollar kreditə görə ardiq ödənilmiş 984 AZN nəzərə almayıbhələ bundan sonra 4318 AZN ödəməyi təıəb edən banka dövlət niyə nəzarət etmirə Bunu sizə də yazmışam.Nəticəsini ort basdır edirsiniz. almayın

Eko 2020-05-07 07:26:58

Beli ) Elman sen salamati , bu ishi burax , Senden bankir olamaz !!!! Sen ôz pulnu saya bilirsen , milletin yox !!

rasim 2020-05-07 03:51:48

Azerbaycanda butun banklar kolxoz bankdir.esl bank demek olar ki 5 denedir ki esl bank funksiyasini yerine yetirir.

azeri 2020-05-07 01:50:24

Bu insan istese 1 illik budcemizi,oz hesabina odeye biler

Azer 2020-05-07 00:22:15

"DÖVLƏTİN BANKLARI XİLAS ETMƏK VƏZİFƏSİ YOXDUR" . Beynelxalq banki bes niye xilas etdin

Son yazılar